Yol tikintisi üçün keyfiyyətli metal qəliblər

Yol tikintisi üçün keyfiyyətli metal qəliblər

1 i̇yun 2022 0000

Dmitri Şepelevski, “BIANCHI TECNOLOGY FOR PRECAST” MMC-nin regional meneceri

“BIANCHI” MDB-də dəmir-beton məmulatları üçün metal qəliblərin istehsalı ilə məşğul olan İtaliya şirkətidir.

Biz “Road&Traffic” sərgisinə beton zavodu  və betonqarışdırma qurğuları istehsal edən həmkarlarımız “Simem” ilə birlikdə gəlmişik. Onların istehsal etdiyi beton əsasında biz yekun məhsulu istehsal edirik.

Bu gün stendimizdə körpü tirlərinin istehsalı üçün metal polad qəlibləri nümayiş etdirilir. Əminik ki, şirkətimizin yeni texnologiyaları Azərbaycanda intensiv yol tikintisi prosesinə kömək edəcək.

Biz həmçinin mənzil tikintisini inkişaf etdirməyi planlaşdırırıq: lüks avadanlıqlar yerli bazarda çox faydalı olacaq. Bununla belə, hələlik əsas vəzifələr yol tikintisi sektoru ilə bağlıdır, burada bizim  üçün yaxşı imkanlar var.

Biz hər il sərgidə iştirak edir, yeni müqavilələrin bağlanmasını əsas vəzifə hesab edirik. Mövcud geosiyasi reallıqları nəzərə alaraq, şirkət hazırda Qafqaz və Asiya regionları ilə tərəfdaşlıqda maraqlıdır.

Hesab edirəm ki, belə sərgilərin keçirilməsi olduqca vacibdir. Pandemiya ilə bu yaxınlarda vidalaşmağımıza baxmayaraq, bu gün adi iş ritmimizi bərpa etməyə çalışırıq. Profil sərgiləri isə bu problemi uğurla həll etməyə kömək edir.

Rəsmi Bank

Sponsorlar

Rəsmi dəstək

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN