Sərgi haqqında

“Road and Traffic” sərgisi Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan ixtisaslaşdırılmış tədbiridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsullarınızın satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək, eləcə də Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Metropoliteni və bu sahə üzrə dövlət strukturlarının rəhbərləri ilə yanaşı, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə də görüşmək üçün nadir imkandır.  

Sərgi sektorları

YOL-NƏQLİYYAT INFRASTRUKTURU

  • Yol, körpü və tunellərin layihələndirilməsi və tikintisi;
  • Şəhər planlaşdırılması;
  • Yol-inşaat və kommunal texnika və avadanlıqlar;
  • Tunel qazıma sistemləri;
  • Yol örtükləri, geosintetika və asfalt-beton qarışdırma avadanlıqları;
  • Geodeziya, kartoqrafiya, GIS sistemləri;
  • Parkinq (avtomobil dayanacaqları).

İNS, HƏRƏKƏTİN İDARƏ OLUNMASI

  • Telematika sistemləri;
  • Hərəkət və sərnişin axınına nəzarət sistemləri;
  • Nəqliyyat vasitələrinin müəyyən edilməsi (tanınması) sistemləri;
  • Naviqasiya sistemləri;
  • Elektron yol monitorları.

İCTİMAİ NƏQLİYYAT 

  • Avtobus, tramvay və taksilər;
  • Metro qatarları və vaqonları;
  • Gediş haqqının ödənilməsi sistemləri;
  • Velo-nəqliyyat infrastrukturu;
  • Lift və eskalatorlar; 
  • Məhdud imkanlı sərnişinlər üçün məhsul və xidmətlər.

YOL TƏHLÜKƏSİZLİYİ 

  • Yol nişanları, yol sədləri;
  • Yol işıqlandırılması;
  • Yol işarələmə vasitələri;
  • İşıq və səs xəbərdarlığı vasitələri;
  • Sürətə nəzarət sistemləri;
  • Alkotesterlər;
  • Uniforma.

TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN