Yollarda təhlükəsizlik və keyfiyyət: STP-BTECH-in müasir həlləri

Yollarda təhlükəsizlik və keyfiyyət: STP-BTECH-in müasir həlləri

15 oktyabr 2026
Ramal Bağırov, STP-BTECH şirkətinin istehsalat və istismar direktoru

STP-BTECH şirkəti olaraq hazırda sərgidə yol təhlükəsizliyi və yol infrastrukturunun təşkili ilə bağlı məhsul və həllərimizi təqdim edirik. Stendimizdə yol nişanları, təhlükəsizlik sədləri və LTP tipli lövhələr nümayiş olunur. Məqsədimiz bu sahədə fəaliyyət göstərən şirkətlərə məhsullarımızı tanıtmaq, imkanlarımızı göstərmək və yeni əməkdaşlıqlar qurmaqdır.

Biz Azərbaycan Respublikası ərazisində şəhərdaxili və magistral yolların xətlənməsi, yol nişanlarının istehsalı, L-T-P tipli dirək və lövhələrin quraşdırılması, təhlükəsizlik səddlərinin quraşdırılması, yol hərəkəti təşkili layihələrin hazırlanması işləri üzrə ixtisaslaşmışıq. Əsas məqsədimiz yollarda təhlükəsizliyin və rahat hərəkətin təmin edilməsinə töhfə verməkdir.

Bu sərgidə iştirakımız bizim üçün xüsusi əhəmiyyət daşıyır. Artıq üçüncü ildir ki, burada təmsil olunuruq və iştirakımızdan məmnunuq. İstəyirik ki, bu əməkdaşlıq ənənəsi davam etsin və qarşıdakı illərdə də sərgidə iştirak edək. Belə tədbirlər məhsullarımızı daha geniş auditoriyaya təqdim etmək və yeni işgüzar əlaqələr qurmaq baxımından mühüm imkan yaradır.

Sərgi müddətində müxtəlif şirkətlərlə, fabrik və zavod nümayəndələri ilə görüşürük. Bu müəssisələrin bəziləri öz ərazilərində yol infrastrukturunun qurulması, daxili yolların nişanlanması və təhlükəsizliklə bağlı işlərin peşəkar şirkət tərəfindən həyata keçirilməsində maraqlıdırlar. Bizimlə tanış olduqdan, fəaliyyətimiz və təcrübəmiz haqqında məlumat aldıqdan sonra şirkətimizin bu sahədə peşəkar xidmətlər göstərdiyini görürlər. Nəticədə yeni əməkdaşlıq imkanları yaranır və qarşılıqlı müqavilələr bağlanır.

Sərginin faydasını real nəticələrdə də görürük. Bu baxımdan sərgidən gözləntilərimiz olduqca müsbətdir. Əsas məqsədimiz yeni işgüzar əlaqələr qurmaq, əməkdaşlıq imkanlarını genişləndirmək və qarşılıqlı faydalı müqavilələrə imza atmaqdır.

Ümumilikdə, bu sərgini şirkətimizin fəaliyyətini tanıtmaq, potensial müştərilərlə əlaqələr qurmaq və yol təhlükəsizliyi sahəsində yeni layihələrə imza atmaq üçün əhəmiyyətli platforma hesab edirik. İnanırıq ki, burada qurduğumuz əlaqələr gələcək əməkdaşlıqlarımıza və fəaliyyətimizin genişlənməsinə müsbət təsir göstərəcək.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN