Yol hərəkəti təhlükəsizliyi əsas məsələlərdən biridir

Yol hərəkəti təhlükəsizliyi əsas məsələlərdən biridir

14 oktyabr 2026
Nərgiz Əlizadə, İnspektor, Baș Dövlət Yol Polisi Idarəsi,DİN (Daxili İşlər Nazirliyi)

Baş Dövlət Yol Polisi İdarəsi olaraq bu sərgidə iştirakımızın əsas məqsədi yol hərəkəti təhlükəsizliyi sahəsində təqdim olunan müasir texnologiya və avadanlıqları ictimaiyyətə daha yaxından təqdim etməkdir. Burada yol polisinin xidməti fəaliyyətində istifadə olunan müasir nəzarət sistemləri, o cümlədən iPatrol, BoxSpotter və digər xüsusi texniki vasitələr nümayiş etdirilir.

Bu avadanlıqlar yol hərəkətinə nəzarətin daha operativ və dəqiq təşkilinə, qayda pozuntularının vaxtında aşkarlanmasına və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir. Bizim üçün vacib məqamlardan biri də vətəndaşların bu sistemlərin yalnız qayda pozuntularını aşkar etmək üçün deyil, ilk növbədə insan həyatını qorumaq məqsədi daşıdığını bilmələridir.

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN