İSTİFADƏ QAYDALARI

İSTİFADƏÇİ RAZILAŞMASI
 

“Caspian Event Organisers MMC” MMC-nin (bundan sonra “CEO”) hazırkı İstifadəçi Razılaşması (bundan sonra “Razılaşma” adlandırılacaq) CEO tərəfindən təşkil edilən sərgi, konfrans və s. tədbirlərdə iştirakla bağlı İstifadəçi tərəfindən təqdim edilən sifarişin rəsmiləşdirilməsi və/və ya www.ceo.az saytında qeydiyyatdan keçməklə İstifadəçi tərəfindən qeyd-şərtsiz qəbul edilir və CEO ilə İstifadəçi arasında münasibətləri tənzimləyir.
 

1. TERMİNLƏRİN TƏRİFLƏRİ 

Razılaşmada istifadə olunan terminlər və onların tərifləri:

  • Sayt – www.ceo.az
  • Bildirişlər - Razılaşma çərçivəsində bütün bildirişlər, xəbərlər və digər ünvanlı məlumat ötürmələri deməkdir;
  • İstifadəçi - Saytda qeydiyyatdan keçmiş hüquqi və ya fiziki şəxs deməkdir;
  • Məxfilik Siyasəti – Saytda mövcud olan məxfilik siyasəti;
  • Elektron Ticarət haqqında Qanun – Azərbaycan Respublikasının Elektron Ticarət haqqında Qanunu;
  • Sifariş - CEO tərəfindən təşkil olunan sərgi, konfrans və s. tədbirlərdə iştirakla bağlı İstifadəçi tərəfindən verilən sifariş;
  • Şəxsi kabinet –İstifadəçinin saytda şəxsi səhifəsidir ki, bu da CEO ilə İstifadəçi arasında elektron formada məsafədən qarşılıqlı əlaqə yaratmağa imkan verir;
 

2. İSTİFADƏÇİ RAZILAŞMASININ PREDMETİ

2.1. CEO öz xidmətlərini hazırkı İstifadəçi Razılaşmasının predmetini təşkil edən şərtlər əsasında təklif edir.

2.2. Razılaşma xüsusi bildiriş olmadan dəyişdirilə bilər. Razılaşmanın yeni redaksiyasında digəri nəzərdə tutulmayıbsa, o dərc olunduğu tarixdən 3 (üç) gün sonra qüvvəyə minir.


3. XİDMƏTLƏRİN TƏSVİRİ

3.1. Sayt İstifadəçiyə Azərbaycan Respublikasının Elektron ticarət haqqında qanunvericiliyin tələbləri daxilində tərtib olunmuş Razılaşmanın qaydalarına uyğun olaraq öz xidmətlərini təklif edir.

3.2. Hazırki internet saytı vasitəsi ilə göstərilən xidmətlər informasiya xarakteri daşıyır.

3.3. CEO-nun təqdim etdiyi xidmətlərdən faydalanmaq üçün İstifadəçi İnternetə çıxış imkanı olan komputer və/və ya digər elektron hesablama maşınına  malik olmalıdır.

3.4. İstifadəçi sifarişi Saytda müstəqil şəkildə rəsmiləşdirir.


4. ÖDƏNİŞ QAYDASI VƏ ŞƏRTLƏRİ

4.1. İstifadəçi sifarişə görə ödənişi Saytda VISA/MasterCard bank kartları ilə  müvafiq ödəniş sistemləri vasitəsilə onlayn həyata keçirir. Sifarişə görə pul vəsaitlərinin köçürülməsi ilə bağlı bütün əlavə xərclər İstifadəçiyə aiddir.

4.2. Sifarişi rəsmiləşdirdikdən sonra onlayn ödəniş seçilən zaman İstifadəçi müvafiq qaydada mühafizə olunan ödəniş səhifəsinə yönləndiriləcək, burada o bank kartının məlumatlarını daxil etməlidir. Kart sahibinin əlavə autentifikasiyası üçün 3D Secure protokolu istifadə edilir. Əgər İstifadəçinin Bankı bu texnologiyanı dəstəkləyirsə, İstifadəçi əlavə identifikasiya üçün onun serverinə yönləndiriləcək. İstifadəçi əlavə identifikasiya qaydaları və metodları barədə məlumatı ona bank kartını verən Bankda dəqiqləşdirə bilər.

4.3. Ödəniş üçün təqdim olunan məbləğ yalnız Sifarişin dəyəridir.  Sifarişin tərkibi və ya yekun qiyməti dəyişdikdə, həmçinin əlavə ödəniş tələb olunduqda Sifarişin yerinə yetirilməsinə görə hesablaşma aşağıdakı qaydada aparılır:

  • Sifarişin qiyməti artdıqda, həmçinin əvvəlcədən Sifarişə daxil olmayan əlavə xidmətlərə görə ödəniş tələb olunduqda - əlavə məbləğ İstifadəçi tərəfindən bank kartı vasitəsi ilə ayrıca ödənilir;
  • Sifarişin qiymətinin azalması, habelə bu Müqaviləyə uyğun olaraq verilmiş sifarişin İstifadəçi tərəfindən tam və ya qismən ləğv edilməsi halında, yaranmış fərq Baş Direktor tərəfindən təsdiq edildikdən sonra, bir ay ərzində  CEO tərəfdən İstifadəçiyə geri qaytarılır.
4.4.  Ödəniş aşağıdakı səbəblərə görə ləğv oluna bilər:
  • bank kartı internet vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün nəzərdə tutulmadıqda (bu barədə ətraflı məlumatı İstifadəçi müştərisi olduğu Bankdan əldə edə bilər);
  • bank kartında ödəniş üçün kifayət qədər vəsait olmadıqda (Bank kartında vəsaitlərin olub-olmaması barədə ətraflı məlumatı İstifadəçi müştərisi olduğu Bankdan əldə edə bilər);nişlərin həyata keçirilməsi üçün nəzərdə tutulmadıqda (bu barədə ətraflı məlumatı İstifadəçi müştərisi olduğu Bankdan əldə edə bilər);
  • bank kartının məlumatları düzgün daxil edilmədikdə;
  • bank kartının istifadə müddəti bitdikdə (Bank kartının istifadə müddəti kartın üz tərəfində göstərilib (bu kartın son istifadə müddəti olan ay və ildir). Kartın istifadə müddəti barədə ətraflı məlumatı İstifadəçi müştərisi olduğu Bankdan əldə edə bilər).

4.5.  CEO bank kartlarında, banklararası mübadilə sistemlərində, o cümlədən, banklarla və vəsaitlərin köçürülməsi ilə bağlı yarana bilən problemlərə görə məsuliyyət daşımır.

4.6.  Əgər İstifadəçi sifarişlərini ləğv etməyə qərar versə, o, yazılı surətdə xəbərdarlıq etməlidir ki, bu da CEO ofislərində poçtla qəbul olunmayana qədər hesaba alınmır. Elektron ünvana  göndərilmiş xəbərdarlıq məktubu da hesaba alınmır.

4.7.  İstifadəçinin əvvəl rəsmiləşdirilən Sifarişləri onun günahı ucbatından yerinə yetirilmədikdə CEO buna görə məsuliyyətdən tamamilə azad olunur.


5. QEYDİYYAT VƏ SAYTIN İSTİFADƏSİ İLƏ BAĞLI ÖHDƏLİKLƏR

5.1. CEO saytında qeydiyyat könüllü və ödənişsizdir.

5.2. CEO-nun təklif etdiyi xidmətlərdən faydalanmaq üçün İstifadəçi özü haqqında qeydiyyat formasında verilən suallarla bağlı düzgün, dəqiq və tam məlumat verərək qeydiyyat formasını doldurmalı və Razılaşmanın şərtləri ilə razılığını bildirməlidir.

5.3. İstifadəçi düzgün məlumat təqdim etmədikdə və ya CEO-nun təqdim olunan məlumatın düzgün, tam və ya dəqiq olduğuna dair şübhə etməyə əsası olduqda, CEO İstifadəçinin qeydiyyatını dayandırmaq və ya ləğv etmək və ona xidmətlərinin istifadəsində imtina etmək hüququna malikdir.


6. QEYDİYYAT, ŞİFRƏ VƏ TƏHLÜKƏSİZLİK

6.1. Qeydiyyat başa çatdıqdan sonra İstifadəçi şəxsi kabinetə daxil olmaq üçün İstifadəçi adı və şifrə əldə edir.

6.2. İstifadəçi İstifadəçi adının və şifrənin təhlükəsizliyi, həmçinin CEO saytında öz İstifadəçi adı  və şifrə ilə aparılan bütün əməliyyatlara görə məsuliyyət daşıyır.

6.3. İstifadəçi CEO-u öz İstifadəçi adı və şifrə ilə istənilən icazəsiz giriş və/və ya təhlükəsizliyin istənilən pozulma halı barədə dərhal məlumatlandırmaq öhdəliyinin olması ilə razılaşır.

6.4. CEO istənilən zaman İstifadəçinin hesabını və qeydiyyatını ləğv edə bilər.


7. SAYTDA YERLƏŞDİRİLƏN MATERİALLARDAN İSTİFADƏ ŞƏRTLƏRİ

7.1. Saytda müəllif hüququ ilə mühafizə olunan materiallar - əmtəə nişanları və qanunla mühafizə olunan digər materiallar (o cümlədən, mətnlər, şəkillər, qrafiki təsvirlər) CEO tərəfindən yerləşdirilə bilər.

7.2. Saytın bütün məzmunu Azərbaycan Respublikasının müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyinə uyğun olaraq kollektiv yaradıcı əməklə yaradılan əsər kimi müəllif hüququ ilə mühafizə olunur.

7.3. Saytda dərc olunan materiallarda ayrıca qeyd olunan hallar istisna olmaqla, saytın məzmunundan istifadəyə müəllif hüququ (o cümlədən, saytda olan məlumatların seçilməsi, yerləşdirilməsi, sistemləşdirilməsi və dəyişdirilməsi hüququ, həmçinin ilkin məlumatlara hüquq) CEO-a məxsusdur.

7.4. İstifadəçi saytın məzmununa dəyişiklik daxil etmək, dərc etmək, surətini çıxarmaq, üçüncü şəxslərə ötürmək, satışı və ya ötürülməsində iştirak etmək, törəmə məhsullar yaratmaq və ya digər üsulla saytın məzmunundan tam və ya qismən istifadə etmək hüququna malik deyil.

7.5. İstifadəçi saytdan yalnız qanuni məqsədlərlə istifadə etməyi öhdəsinə götürür.

7.6. İstifadəçi saytda aşağıdakı xarakterə malik istənilən materialları yerləşdirməyi və sayt vasitəsilə göndərməməyi öhdəsinə götürür:

  • qanunvericiliyi pozan, təhdid və təhqir olan, digər şəxsləri nüfuzdan salan, vətəndaşların şəxsi həyat hüququnu və ya ictimai qaydanı pozan, əxlaq normalarına zidd olan;
  • bu və ya digər dərəcədə digər şəxslərin şərəf və ləyaqətini, hüquqlarını və qanunla mühafizə olunan maraqlarını pozan;
  • dini, irqi və ya milllətlərarası ədavətə səbəb olan və ya ona çağırışları ehtiva edən, düşmənçiliyin aşılanması cəhdləri və ya zorakılığa çağırışları ehtiva edən;
  • həmçinin, digər şəxsləri hüquqazidd davranışa təşviq edən, cinayət, mülki-hüquqi və ya digər məsuliyyətə səbəb olan və ya hər hansı üsulla qanunvericiliyin müddəalarını pozan digər materiallar.

7.7.İstifadəçi CEO-nun əvvəlcədən razılığını almadan hər hansı əmtəə və ya xidmətlərin reklamı olan materialları saytda yerləşdirməməyi və sayt vasitəsilə göndərməməyi öhdəsinə götürür.

7.8. İstifadəçi saytı reklam və ya istənilən formada istənilən əmtəə və xidmətlərin satışının digər yolla təşviqi üçün istifadə etməməyi öhdəsinə götürür.

7.9. İstifadəçi mühafizə olunan materiala hüquq sahibinin ifadə olunmuş icazəsini almadan əqli mülkiyyət haqqında qanunvericiliklə (o cümlədən, müəllif hüququ, əmtəə nişanları barədə qanunvericiliklə) mühafizə olunan hər hansı materialları və qanunvericiliklə mühafizə olunan digər materialları sayta yükləməməyi, yerləşdirməməyi və ya digər üsulla istifadə etməməyi öhdəsinə götürür. İstifadəçinin saytda material yerləşdirməsinin üçüncü şəxslərin yerləşdirilən materiallara müəllif, əlaqədar hüquqları və digər hüquqlarını pozmadığını İstifadəçi öz sübut etməlidir.

7.10. CEO İstifadəçinin dərc etdiyi rəylərə görə məsuliyyət daşımır.

7.11. CEO İstifadəçinin rəyinə şərh yerləşdirmək hüququnu özündə saxlayır. CEO İstifadəçinin Azərbaycan qanunvericiliyini pozan və üçüncü şəxslərin qanuni maraqlarına ziyan vuran rəylərini yerləşdirməmək hüququnu özündə saxlayır.

7.12. İstifadəçi öz fəaliyyəti nəticəsində üçüncü şəxslərin CEO-a qarşı ola biləcək hər hansı tələb və iddialarından qorumağı, o cümlədən, CEO-nun bununla bağlı çəkdiyi xərcləri, əldən çıxmış faydanı, ödədiyi cəriməni və s. kompensasiya etməyi öhdəsinə götürür.


8. MƏXFİLİK SİYASƏTİ

8.1. CEO saytında qeydiyyat/sifarişin rəsmiləşdirilməsi zamanı İstifadəçi aşağıdakı məlumatları təqdim edir: ad, soyad, elektron poçt ünvanı, əlaqə nömrəsi və s. əlaqəli məlumatlar.

8.2.Hazırkı Razılaşmanın icrası məqsədilə CEO əlaqəli şəxslər və/və ya tərəfdaşların iştirakı ilə servisin yeni funksionalını (o cümlədən, informasiya, reklam, əyləncə və digər xarakterli məhsullar) inkişaf etdirir, optimallaşdırır və tətbiq edir. Göstərilən məqsədlərə nail olmaq, həmçinin İstifadəçini öz xidmətləri barədə məlumatlandırmaq, CEO tərəfindən əmtəə və xidmətlərin təbliği, elektron və sms sorğuların aparılması, İstifadəçi tərəfindən fərdiləşdirilmiş (hədəf) reklamın alınması, marketinq aksiyalarına nəzarət, müştəri dəstəyi, məhsulların İstifadəçilərə çatdırılmasının təşkili, İstifadəçilər arasında mükafatların oynanılması, İstifadəçinin məmnuniyyəti və çatdırılma xidmətinin göstərdiyi xidmətlərin keyfiyyətinə nəzarət, bu cür məlumatların yoxlanması, tədqiqi və təhlili məqsədilə İstifadəçi qeydiyyat/sifarişin rəsmiləşdirilməsi zamanı CEO-a tətbiq olunan qanunvericiliyə əməl olunması şərti ilə məlumatların emalını, yəni bu cür məlumatların tam ədəd və/və ya mətn və identifikatorlar şəklində avtomatlaşdırılmış emalı nəticələrinin, onların emala dair tapşırığın yerinə yetirilməsi üçün əlaqəli şəxslər və/və ya tərəfdaşlara ötürülməsi, həmçinin İstifadəçinin məlumatları və İstifadəçi ilə əlaqəli digər məlumatların əlaqəli şəxslər və /və ya tərəfdaşlardan toplanmasını (yığılmasını) tapşırır. CEO Saytın fəaliyyəti ilə əlaqəli statistik məlumatın üzərində sərəncam vermək hüququna malikdir.

8.3. İstifadəçi ilə əlaqədar məlumatlar dedikdə texniki vasitələr (qurğular) və CEO və/və ya əlaqəli şəxslər və/və ya tərəfdaşların servisi ilə texnoloji əlaqə üsulları (hostun IP-ünvanı, əməliyyat sisteminin növü, brauzerin növü, coğrafi yerləşmə, provayder barədə məlumatlar və digər), İstifadəçinin fəallığı barədə məlumatlar, həmçinin göstərilən üsullarla əldə olunan digər məlumatlar başa düşülür.

8.4. Məlumatların emalı dedikdə avtomatlaşdırma vasitələri ilə və ya  bu vasitələr istifadə edilmədən fərdi məlumatlarla istənilən hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusu, o cümlədən, toplanma, yazılma, sistemləşdirmə, yığılma, saxlanma, dəqiqləşdirmə (yeniləmə, dəyişdirmə), tutuşdurma, çıxarma, istifadə, CEO-nun əlaqəli şəxsləri və/və ya tərəfdaşlarına ötürmə, anonimləşdirmə, bloklama, silmə, məhv etmə başa düşülür.

8.5. CEO öz adından müstəqil şəkildə və ya texniki tərəfdaşları cəlb etməklə İstifadəçinin elektron poçtuna, mobil telefonuna və ya onun istifadə etdiyi CEO tərəfdaşlarının servisləri (sosial şəbəkələr, messencerlər və digər) vasitəsilə informasiya xarakterli, o cümlədən servis və reklam mesajları göndərmək hüququna malikdir. İstifadəçi səbəbini izah etmədən reklam xarakterli və digər məlumatı almaqdan imtina etmək hüququna malikdir. İstifadəçini sifariş və onun emal mərhələləri barədə məlumatlandıran servis mesajları avtomatik olaraq göndərilir və İstifadəçi tərəfindən rədd edilə bilməz. Reklam xarakterli və digər məlumatı almaqdan imtina İstifadəçinin profilinin redaktə olunması və ya onun məlumat mərkəzi və ya müştərilərə dəstək şöbəsinə info@ceo.az müraciət etməsi ilə həyata keçirilir. İstifadəçi məlumat mərkəzi və ya müştərilərə dəstək şöbəsinə info@ceo.az profilinə xidmətin dayandırılması xahişi ilə müvafiq ərizəni göndərməklə fərdi məlumatlarının emalına razılığı geri çağırmaq.

8.6. CEO “cookies” texnologiyasından istifadə etmək hüququna malikdir. “Cookies” məxfi məlumatı ehtiva etmir və CEO “cookies” barədə məlumatı İstifadəçi qarşısında öhdəliklərin icrası üçün, statistika və reklam mesajlarının optimallaşdırılması məqsədilə CEO ilə müqavilə bağlamış Tərəfdaşlar, agentlər və üçüncü şəxslərə göndərmək hüququna malikdir.

8.7. CEO Saytın ziyarətçisinin ip-ünvanı barədə məlumatı əldə edir. Bu məlumat ziyarətçisinin şəxsiyyətinin müəyyən edilməsi üçün istifadə olunmur.

8.8. CEO İstifadəçinin Saytda hamı üçün giriş imkanı olan formada təqdim etdiyi məlumatlara görə məsuliyyət daşımır.


9. MÜBAHİSƏLƏRİN HƏLLİ

9.1. Tərəflər arasında Razılaşma üzrə və ya onunla əlaqədar yaranan bütün mübahisələr və fikir ayrılıqları danışıqlar yolu ilə həll edilir.

9.2. Tərəflər mübahisələrin həlli üçün məhkəməyədək prosedura riayət etməyi öhdələrinə götürürlər.

9.3. Tərəflər arasında mübahisələr bu Razılaşmanın 9.1 və 9.2-ci bəndlərinə uyğun olaraq həll edilmədikdə, tərəflər məhkəməyə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələblərinə uyğun olaraq ilkin mediasiyada iştirak edirlər. Mübahisə mediasiya yolu ilə həll edilmədikdə, baxılması üçün Azərbaycan Respublikasının müvafiq məhkəməsinə göndərilir.


10. YEKUN MÜDDƏALAR

10.1. Hazırkı Razılaşma Azərbaycan Respublikasının qanunvericiliyinin normaları ilə tənzimlənir.

10.3. Razılaşmada olan heç bir müddəa İstifadəçi və CEO arasında agentlik, əməkdaşlıq münasibətləri, birgə fəaliyyətlə bağlı münasibətlər, şəxsi işə qəbul münasibətləri və ya hazırkı Razılaşmada bilavasitə nəzərdə tutulmayan digər münasibətlərin qurulması kimi başa düşülə bilməz.

TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN