Yol hərəkəti qaydalarının pozulmasının foto və video yazılması

Yol hərəkəti qaydalarının pozulmasının foto və video yazılması

26 aprel 2017

Anna Kuçeryavaya, “Olvia LLC” (Rusiya) şirkətinin marketinq üzrə meneceri:

– Biz Sankt-Peterburq şəhərindən gəlmişik və Bakıda keçirilən “Road&Traffiс” sərgisində debüt edirik. Bizim şirkət 1993-cü ildən bəri bazarda fəaliyyət göstərir. Şirkətin əsas brendləri radarlar və yol hərəkəti qaydalarına nəzarət kompleksləridir. Bizim şirkət fəaliyyət göstərdiyi iyirmi dörd il ərzində video-fiksasiya və sürət həddinin ölçülməsi funksiyaları ilə təchiz edilmiş və adi kameralarla müqayisədə, daha dəqiq məlumat verən komplekslərin layihələndirilməsi və istehsalı üzərində ciddi iş aparır.

Bu gün bizim məhsullar Rusiyanın bir sıra regionlarında, eləcə də Qazaxıstan, Çin və Afrika ölkələrində yaxşı tanınır. Biz öz məhsullarımızın keyfiyyətinə əmin olduğumuza və sizin bazara maraq göstərdiyimizə görə sizin yollarınızda nizam-intizamı dəstəkləmək üçün nəzərdə tutulmuş müasir kompleksləri Azərbaycana gətirmişik. Siz bu komplekslərdən iksi ilə stendimizdə tanış ola bilərsiniz. Bunlar “Skat” və “Orakul” - yol hərəkət qaydalarının pozulmasını qeydə alan çoxfunksiyalı foto-video fiksasiya kompleksləridir və bu komplekslərin əsas məqsədi sürət həddinin müasir avtomatik ölçülməsidir. Biz Bakıya böyük ümidlərlə gəlmişik və burada yenidən görüşəcəyimizə ümid bəsləyirik!


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN