7 iyun saat 12:00-da “Hyatt Regency” mehmanxanasında 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika və 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransında Elmir Vəlizadə - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini, Mais Ağayev - Bakı Nəqliyyat Agentliyi, İcitmaiyyətlə Əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri, Rəna Abutalıbova - “Iteca Caspian” şirkətinin satış üzrə müdiri və Səbinə Rzayeva – sərgi meneceri iştirak ediblər.
Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin xarici iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu. Mətbuat konfransında 28 KİV nümayəndələri iştirak etmişdi, onların arasında televiziya və xəbər portalları: A AzTv, Lider, ATV, ARB, APA, Baku İnform, CBC, ITV, Azertag, Report, Sputnik, 1news.az və s.