Azərbaycan bazarı üçün yeni avtobus modelləri

Azərbaycan bazarı üçün yeni avtobus modelləri

11 i̇yun 2018 0000

Rüfət Zeynalov, “Azavtobus” MMC-nin direktoru

– “Azavtobus” MMC Rusiyanın “QAZ Group” maşınqayırma şirkətinin təmsilçisidir. Şirkət Bakıda keçirilən “Road & Traffic” sərgisində “Rus avtobusları” qrupunun iki yeni avtobus modelini - “QAZ - Vector Next” və “LIAZ 529260” modellərini təqdim edir.

Hər iki model kuzovun “knilinq” meyllik sistemi (alçaq döşəməsi) ilə fərqlənir və fiziki məhdud sərnişinlərin rahatlığı üçün xüsusi rampalarla təchiz olunub. Avtobuslar həmçinin “Avro 5” standartına cavab verir, ətraf mühiti zərərli emissiyalardan daha çox qorunmasına yönəlib. Və əlbəttə, hər iki model avtomatik ötürücülər sistemi ilə təchiz olunmuşdur.

“Vector Next” modeli yüksəldilmiş texniki və istehlakçı xüsusiyyətləri, sürücünün iş yerinin təkmilləşdirilmiş erqonomikliyi, salonda səs-küy səviyyəsinin aşağı salınması və yüksək səviyyəli iqlim rahatlığı olan maksimum 64 sərnişin tutumlu orta sinif avtobusdur.

“LIAZ 529260” Ekspo Mərkəzin qarşısındakı açıq platformada təqdim edilən 12 metrlik model olub eyni anda 110 sərnişin daşıya bilər. Bu model sərnişinlərin sıx axını olan marşrutlarda işləmək üçün nəzərdə tutulub və minik / düşmə və marşrut üzrə rahat hərəkət etmək üçün istənilən şərait yaradılıb.

Avtobuslardan istifadə Azərbaycanda çox vacibdir və bizim əsas məqsədimiz bu yeni məhsulları yerli bazarda təbliğ etməkdir. Biz nəqliyyat strukturlarının nümayəndələri ilə görüşlər keçirmək istəyirik. Sərgi sürətlə başlayıb, biz artıq stendimizdə maraqlı təşkilatların nümayəndələri ilə bir sıra görüşlər keçirmişik. Bundan başqa, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri bizim stendimizi ziyarət edib, avtobusları bəyənib və müvafiq tapşırıqlar verib.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN