Prezident İlham Əliyev azad olunmuş ərazilərə səfəri çərçivəsində Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub.
ABC.AZ-ın məlumatına görə, sözügedən yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək.
Yol Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir.
Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yolboyunca avtomobil körpüləri inşa ediləcək.