Hər kəs üçün yol təhlükəsizliyi!

Hər kəs üçün yol təhlükəsizliyi!

1 i̇yun 2022 0000

Bahadır Abdunəbiyev, “VITRONIC MACHINE VISION MIDDLE EAST” MMC-nin Satış Meneceri

İstehsal müəssisələrimiz Almaniyanın Visbaden şəhərində yerləşir. Biz avtomobil və logistika sektorlarında sürətölçən, yoxlama və keyfiyyətə nəzarət üçün avadanlıqlar istehsal edirik.

“Vitronic” uzun müddətdir ki, Almaniyanın Yol Təhlükəsizliyi Şurasının (DVR) üzvüdür. Biz hamı üçün yol təhlükəsizliyinin təmin edilməsinə səy göstəririk. Bütün dünyada tətbiq etdiyimiz sürətə nəzarət sistemləri yol təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Bu, “Road&Traffic” sərgisində ilk iştirakımızdır. Şirkətin stendində lazer sisteminin avtomatik qurğusu nümayiş etdirilir. Çoxları hələ də radar sistemindən istifadə edir, lakin lazer daha yüksək səviyyəlidir və 8-dən çox zolağı əhatə edə, həmçinin avtomobilin növünü və dövlət nişanlarını tanıya bilir. Sistem operatorun iştirakı olmadan yol hərəkəti qaydalarının pozulması hallarına nəzarət edir və 24/7 işləyir. Hətta, avtomobil rəngləndikdə və 150 ​​km/saatdan çox sürətlə hərəkət etdikdə belə, cihaz təhlükəsizlik kəmərinin bağlanıb-bağlanmadığını, sürücünün telefondan istifadə edib-etmədiyini tanımağa imkan verir.

Məqsədimiz yollardakı problemlərin həllində Azərbaycana kömək etməkdir, ona görə də biz yeni tərəfdaşlar tapmağa və özəl sahibkarlarla işləməyə çalışırıq. Mən belə sərgilərin keçirilməsini və mütəxəssislərin stendlərdə canlı ünsiyyət qurmasını alqışlayıram.


Rəsmi Bank

Sponsorlar

Rəsmi dəstək

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN