Biznes ortamı yaradan bu cür tədbirlər əvəzsizdir

Biznes ortamı yaradan bu cür tədbirlər əvəzsizdir

15 oktyabr 2025 0000
Elxan Mahmudov, Satış direktoru, AS Motors MMC

AS Motors MMC Azərbaycanda xarici ölkələrdən, əsasən Avropadan, Çindən və Türkiyədən sərfiyyat məhsullarının idxalı və satışı ilə məşğuldur. Bu məhsullara təkərlər, yağlar, filtrlər, qatqılar və akkumulatorlar aiddir. Burada, sərgidə şirkətin 16 brendindən dördü öz məhsulları ilə təqdim olunur: Alpine - yağlar və sürtgü materialları; Bardahl - Amerika əsilli, Belçika istehsalı yağlar, yanacaq və yağ qatqıları, mühərrik yağları və transmissiya yağları; Sebang Global Battery - Cənubi Koreya istehsalı akkumulyatorlar; bir də Eni – Azərbaycan neftinin ən böyük alıcılarından biri və İtaliyanın ən böyük enerji şirkəti həmçinin yağlar və sürtkü materialları ilə stendimizdə təmsil olunur. Məhsulların əsas səciyyəvi xüsusiyyəti qiymət və keyfiyyət faktorlarının bir-birinə bağlanmasıdır.

Şirkətimiz bu sərgiyə ikinci ildir qoşulur. Keçən ilki iştirakdan sonra kifayət qədər müsbət nəticələr alındı, böyük təşkilatlarla və şirkətlərlə həm tanış olub, həm də iş əlaqələrinə başladıq. Qarabağın yeni qurulmasında xırda da olsa pay sahibi olduq, həmin şirkətlərə məhsullar verərək iş görmüş olduq. Sərgidə iştirak eyni zamanda müştəri portfelimizin genişlənməsinə və populyarlığımızın artmasına səbəb olmuşdur, məsələn, sərgidə bizi görənlər bir səviyyə irəlilədiyimizi gördüyünü qeyd etdilər.

Birinci ildən dərhal qərar verdik ki, bu sərgidə hər il iştirak edək. Bu, ildə bir dəfə özünü göstərmək imkanıdır. Buraya gələn böyük iş adamları və şirkət nümayəndələri bizim markaları görür və şirkətimizin belə bir səviyyəli tədbirdə iştirak etməsi yaddaşlarda qalır. Sərgilər vasitəsilə biz də bəzi məhsulların ölkədə var olduğunu aşkar edirik.

Biz burada daha çox korporativ ağırlıqlı müştəri bazası toplamağı hədəfləyirik, daha çox korporativ şirkət nümayəndələri, təchizat və maliyyə şöbələrinin nümayəndələri, sahibkarlar ilə görüşürük.

Təşkilatçılara belə tədbirlər təşkil etdiklərinə görə təşəkkür edirik. Ölkəmizdə bir biznes ortamı, iş mühiti və abu-havası yaradan bu tədbirlər əvəzsizdir.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN