Ahmet Akemoğlu, “Antakya Galvaniz” şirkətinin İdarə heyətinin üzvü
- Türkiyənin “Antakya Galvaniz” şirkəti metallurgiya sahəsində ixtisaslaşıb və tsinkləşdirilmiş yol sədlərinin, işıqlandırma dirəklərinin istehsalı və quraşdırılması, onların yığılması və tsinkləşdirilməsi sahəsində xidmətlər təklif edir. Bütün məhsullar Avropanın keyfiyyət standartlarına uyğundur, bununla yanaşı biz məhsullarımızı çox sərfəli qiymətlərlə təklif edirik.
Biz belə gözəl sərgidə iştirak etmək barədə qərarı maraqlanan auditoriyanı öz məhsul və xidmətlərimiz ilə tanış etmək, habelə Azərbaycan bazarını fəal şəkildə inkişaf etdirmək məqsədilə qəbul etmişik. Sərgidə debüt etsək də, Azərbaycan bazarı ilə tanışıq və burada bir neçə layihə reallaşdırmağa nail olmuşuq.
Yol inşaat sahəsində ixtisaslaşmış inşaat şirkət və təşkilatlarının nümayəndələrini stendimizə dəvət edirik, çünki məhz onlar bizim məhsullara daha çox maraq göstərir.