-Mənim fəaliyyətim pulmonologiya ilə bağlıdır, ona görə də bu sərgi mənim üçün böyük peşəkar maraq kəsb edir. Medinex sərgisini artıq neçə ildir ki, ziyarət edirəm və hər dəfə bu sərgiyə tibbi sahədə çoxlu yeniliklər əldə edəcəyimə əmin olaraq gəlirəm. Bu dəfə də aktual olan bu tədbiri uğurla ziyarət etdim.
Sevindirici haldır ki, sərgiyə müxtəlif ölkələrdən qonaqlar gəlib və iştirakçılar müasir innovasiyalar, bazarın yeni məhsullarını təqdim edir, ziyarətçilərin istənilən suallarına cavab verməyə hazırdırlar. Onların arasında həkimlər, təcrübəli mütəxəssislər, kimyaçılar, mühəndislər, sahibkarlar var.
Sərgini ziyarət etməkdə əsas məqsədim yeni iştirakçılar və onların tibb dünyasındakı mövqeyi ilə tanış olmaqdır. Burada postsovet məkanını və yaxın xarici ölkələri təmsil edən nümayəndələri görürəm. Bundan əlavə, ərəb və Çin iştirakçılarının fəallığı və geniş təklifləri məni xüsusilə təsirləndirdi.
İstənilən inkişaf daim modernləşmə və texnoloji yeniliklərlə bağlıdır. Medinex isə bu sahədə müasir tərəqqini uğurla əks etdirir. Biz trendlərdən geri qalmamalı, inkişaf etmiş ölkələrlə ayaqlaşmalıyıq. Buna görə də sərgimizin daha çox ziyarətçi, daha zəngin proqram, daha çox iştirakçı və stendlərlə daha geniş miqyasda keçirilməsini arzulamaq tamamilə təbiidir.