Ziyarətçilərin diqqətinə ERP və PLM sistemlərini təqdim edirik

Ziyarətçilərin diqqətinə ERP və PLM sistemlərini təqdim edirik

19 oktyabr 2023 0000
“ERP SYSTEMS”in təsisçisi Şəhla Axundova

Şirkətimiz “Siemens PLM software”in rəsmi tərəfdaşıdır. Biz ERP və PLM (Product Lifecycle Management) sistemlərini təmsil edirik. Bu platformalar bütün sənaye sahələrində istifadə edilə bilər: kosmik, müdafiə, tibb, tikinti.

Platformamızda hətta təyyarənin kiçik bir detalını və ya peyk layihəsini hazırlamaq mümkündür. Bu platforma mühəndislik sahəsində təlim keçməyə və peşəkar bacarıqları inkişaf etdirməyə imkan verir.
ERP SİSTEMLƏRİ isə, öz növbəsində, müəssisələrə optimal məhsuldarlığa nail olmaq üçün əsas biznes proseslərini avtomatlaşdırmağa və idarə etməyə kömək edir.

Xidmətlərimiz əsasən sənaye sektoruna yönəldilib. Bundan əlavə, assortimentə müxtəlif avadanlıqlar daxildir. Bunlardan biri drondur. O, əkinçilikdə sahələri suvarmaq üçün istifadə olunur, eyni zamanda minaları aşkar etmək qabiliyyətinə də malikdir.

Şirkətin Road&Traffic sərgisində iştirakının əsas məqsədlərindən biri tələbələri və bu sahədəki yerli mütəxəssis və menecerləri cəlb etməkdir. Məhsullarımızla çoxsaylı ziyarətçilər maraqlanır. Artıq bir çox böyük şirkətlərin nümayəndələri ilə söhbət aparmışıq. Bu, bizim yeni tərəfdaşlarla tanış olmağımız və onları fəaliyyətimiz haqqında məlumatlandırmağımız baxımından gözəl fürsətdir

Rəsmi Bank

Sponsorlar

Rəsmi dəstək

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN