Sərgidə İştirakın Perspektiv Faydaları

Sərgidə İştirakın Perspektiv Faydaları

15 oktyabr 2024 0000
Aybek Halil 
Biznes İnkişafı Region Meneceri, Çepaş Gonvarri Sənaye, Türkiyə

Bizim şirkət dövrünə uyğun olaraq davamlı şəkildə yeni yol təhlükəsizliyi vasitələri və baryerləri inkişaf etdirir. Bu metal qəfəslər yollarda avtomobillərin yol kənarına çıxmasını və qarşıdan gələn avtomobillərlə toqquşmaları önləmək üçün quraşdırılır.

Biz, ehtimal ki, dünyada bu qədər vəsaiti real şəraitdə çarpma testləri keçirmək üçün sərf edən yeganə şirkətik. Bu, bizim böyük üstünlüyümüzdür.

Yol İnfrastruktur və İctimai Nəqliyyat Sərgisi “Road&Traffic”də, ən yüngül növdən orta və ən ağır növlərə qədər baryer növlərinin hamar keçid modelini təqdim edirik. Fərqli yol kateqoriyaları üçün yanlış baryer seçimi yalnız iqtisadi cəhətdən səmərəli deyil, həm də sürücülər üçün təhlükə yarada bilər. Qarabağda hal-hazırda yollar tikilir, amma baryer qəfəslərinin quraşdırılması mərhələsinə hələ çatılmayıb.

Biz bu sərgidə 2013-cü ildən iştirak edirik. Bəziləri üçün sərgi öz məhsulunu təqdim etmək və müştəri tapmaq imkanıdır, amma bizim əsas məqsədimiz bazarda iştirakımızı və fəallığımızı göstərməkdir. Dövlət qurumlarının və ya bu sektorun özəl şirkətlərinin nümayəndələri mütləq bu sərgiyə gələcəklər və biz onlarınla görüşməyi ümid edirik. Biz bilirik ki, hətta sərgi müddətində Azərbaycanda məhsulumuzdan bir metr satmasaq belə, bu iştirak uzunmüddətli perspektivdə fayda verəcək.

Rəsmi Bank

Sponsorlar

Rəsmi dəstək

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN