Sərgidə bir çox xarici şirkətlərin iştirakı Azərbaycana böyük marağın olduğunu göstərir
21 oktyabr 2023
0000
Əhməd Mustafazadə, “Əhmədoğlu” şirkətinin direktoru
Şirkətimiz 2019-cu ildən Azərbaycanda təmir-tikinti işləri ilə məşğuldur. Road&Traffic sərgisinə maraq yerli və xarici şirkətlərlə sıx əlaqələr qurmaq, tikinti materialları və avadanlıqları üzrə innovativ təklifləri araşdırmaq istəyimizlə bağlıdır.
Müasir şərtlərdə tikinti standartları daim dəyişməkdədir. Müxtəlif təhlükəsizlik və yanğından mühafizə sistemlərinin, videonəzarət və rabitə vasitələrinin istifadəsi mühüm amillərdəndir. Biz isə inşaat şirkəti kimi, fərdi şəxslərə və dövlət təşkilatlarına hazır obyektləri təhvil veririk və onları bu sistemlərlə təmin etməliyik.
Üz və səs tanıma, xəbərdarlıq və təhlükəsizlik sistemləri gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ona görə də sərgidə məni tikinti sektoru ilə yanaşı, bu seqment də maraqlandırırdı. Türkiyənin və Çinin bu məhsulları təklif edən bir çox şirkətləri ilə tanış oldum. Müxtəlif şirkətlərin müəyyən funksiyaları yerinə yetirmək üçün texniki metod və üsulları fərqlənir. Bu, bizim ən yaxşı təklifləri müqayisə edərək müəyyən etməyimizə imkan verir
Biz bu sərgini hər il ziyarət edirik. Çox güman ki, bu faktın özü də Road&Traffic-in bizim üçün nə qədər zəruri olduğundan xəbər verir. Deyə bilərik ki, sərgi bizim təşəkkül mənbəyimizə, şirkətin inkişafı üçün vasitəyə çevrilmişdir. Sərgidə iştirak edən xarici şirkətlər Azərbaycana olan maraqlarını xüsusi qeyd edirlər. Böyük layihələr, o cümlədən Qarabağda həyata keçirilən layihələr böyük imkanlar açır. Bu gün isə hər birimiz bu imkanlardan yararlana bilərik və yararlanmalıyıq da.