Bu platformaya marağımız böyükdür
16 oktyabr 2024
0000
Cəlalə Mustafayeva
166 yükdaşıma şirkətinin Təlim Meneceri
Xəzər İnşaat Həftəsi cərcivəsində keçirilən sərgilər həm tikinti, həm də nəqliyyat sektorlarına bağlı olduğuna görə marağımız bu platformaya böyükdür və bizim şirkət üçün də uyğundur. Bu gün həm ziyarətçiyik, həm sərginin sponsoruyuq. Ona gorə bu platformaya həm nəzarətə gəlmişik, həm kommunikasiyaları genişləndirməyə. Sərginin gedişatı bizi çox məmnun etdi.
Sərginin hər üç günündə iştirak etməyi planlaşdırırıq. Artıq Aquavita və STP şirkətləri ilə görüşlərimiz olub. Onlarla nəqliyyat və yükdaşıma ilə bağlı müqavilələr imzalama haqqında düşünürük. Eyni zamanda beynəlxalq şirkətlərlədə əlaqə qurmaq imkanımız oldu, ümüd edirəm ki, məhsuldar olar.
Fikrimcə, belə tədbirlərin əsas rolu əhatəni, çevrəni genişlandirməkdən ibarətdir. Burada bir birimizi daha yaxın tanımaq imkanı yaranır, əlavə isə satış etmək olur. Xəzər İnşaat Həftəsi illərdi bizim işimizə dəstəy olaraq biznes imkanlarımızı artırır və yeni əlaqələr qurmağa geniş imkanlar yaradır.