Azərbaycan bazarını diqqətlə öyrənmək istəyirik

Azərbaycan bazarını diqqətlə öyrənmək istəyirik

21 oktyabr 2023 0000

Aleksandr Karaulşuk, "DKT" şirkətinin beynəlxalq satış meneceri

Mən Almaniyada və Çexiyada yol təsərrüfatı istehsalı ilə məşğul olan "DKT" alman şirkətini təmsil edirəm. "Road&Trafic" sərgisində iştirak etməyi planlaşdırırdıq, lakin vaxtımız olmadı. Hesab edirik ki, Azərbaycan sürətlə inkişaf edir və perspektivli regionlar sırasındadır.

Sərgi ilə birbaşa tanış olmaq üçün şirkətimiz adından Azərbaycana gəlmişəm. Biz Azərbaycan bazarını öyrənmək, sahə üzrə nümayəndələr ilə tanış olmaq, Azərbaycanda tərəfdaşlar tapmaq, potensial rəqiblərin imkanlarını araşdırmaq istəyirik. Yerli bazar haqqında peşəkar anlayışı olan səriştəli və təcrübəli şirkət nümayəndələri ilə canlı ünsiyyət qurmaq çox vacibdir.

"Road&Traffic" sərgisi ilə yanaşı, Qarabağın bərpası sektoru da diqqətimi çəkdi. Qarabağda yenidənqurma prosesinin dinamikası və səmərəliliyi məni çox heyran edir.

Əlbəttə, biz dünya yeniliklərindən xəbərdar olmağa çalışırıq. Ancaq təsəvvürü tamamlamaq üçün təkcə kütləvi informasiya vasitələri kifayət deyil – gəlib şəxsən əmin olana qədər vəziyyəti qiymətləndirmək çətindir. Hesab edirəm ki, bu, perspektivli regiondur və biz Qarabağla bağlı layihələrdə iştirak imkanlarını nəzərdən keçirə bilərik.

Sərgi çox yaxşı təəssürat yaratdı. Birmənalı olaraq hesab edirəm ki, bu cür sərgilər olduqca faydalı və əhəmiyyətlidir. Sərgi öz sahəsinin mütəxəssisləri ilə təcrübə mübadiləsini təşviq edir. Bundan əlavə, burada həmişə müxtəlif firmaların nümayəndələri ilə tanış ola, yeniliklərdən xəbərdar ola bilərsiniz.


Rəsmi Bank

Sponsorlar

Rəsmi dəstək

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN