Yol infrastrukturu və ictimai nəqliyyat sahəsində olan aparıcı sərgi 12 may tarixində start götürəcək

Yol infrastrukturu və ictimai nəqliyyat sahəsində olan aparıcı sərgi 12 may tarixində start götürəcək

15 aprel 2015 0000

12-14 may tarixində Bakı Ekspo Mərkəzində 5-ci Yubiley Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (Road & Traffic 2015) sərgisi start götürəcək. Road and Traffic sərgisi regionun yol-tunel layihələndirməsi və tikintisi, habelə yol təhlükəsizliyi, İntellektual Nəqliyyat Sistemi (İTS) və ictimai nəqliyyat peşəkarlarını öz meydançasında bir araya gətirən aparıcı ixtisaslaşdırılmış tədbiridir. Road & Traffic 2015 sərgisinin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edirlər.

Yubiley sərgidə Azərbaycan, Almaniya, Çin, Rusiya, Türkiyə, Çexiya, ABŞ və digər ölkələrin şirkətləri iştirak edəcək. Həmçinin, sərginin iştirakçıları arasında “Azvirt”, “AzerInshaat Servis”, “Azer-Turk” AS, “Azeryolservis”, “AZD Praha”, “Carlson Software”, “E-Mak”, “Ekomobil”, “KentKart Ege Elektronik”, “Hofmann Gmbh”, “Holcim Azerbaijan”, “Jenoptik Traffic Solutions”, “Kolin Inshaat”, “Tarsa Kompozit Boya Makina”, “TENSAR”, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (Azərbaycan), “Dorojnıe Sistemı”, “Zitron”, “Metallokonstruksiya” zavodu, Bakı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və digər şirkətlər var.

Bu şirkətlər tərəfindən yol, körpü və tunellərin tikintisi üzrə xidmətlər, habelə yol-tikinti avadanlığı və materialları, yol təhlükəsizliyi vasitələri, yolların işarələnməsi üçün avadanlıqlar, metropoliten üçün ventilyasiya sistemləri, avtomobil və yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri, avtobuslar və bir sıra digər məhsullar təqdim olunacaq. Ziyarətçiləri isə yol örtükləri və yol tikintisi sahəsində yeni məhsullarla tanışlıq gözləyir. Bu il Bakı Ekspo Mərkəzinin xarici meydançasında “Ekomobil” şirkətinin təqdim etdiyi elektrik avtomobillərin sınaq sürüşü (“test-drayvlar”) keçiriləcək.

Road & Traffic 2015 sərgisi regionun aparıcı yol-tikinti şirkətlərinin rəhbər və mütəxəssisləri, eləcə də dövlət sifarişlərinin icraçıları ilə görüş, habelə təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi, o cümlədən perspektivli müqavilələrin imzalanması və sərmayələrin yatırılması üçün lazımı şərait yaradacaqdır.

Təsis edildiyi vaxtdan bəri Road & Traffic sərgisi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. Həmçinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sərgiyə rəsmi dəstək verirlər. Road & Traffic sərgisi 14-cü Beynəlxalq Nəqliyyat, tranzit və loqistika (TransCaspian 2015) sərgisi ilə eyni meydançada keçiriləcək. Road & Traffic sərgisinin rəsmi veb-saytı:www.roadtraffic.iteca.az


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN