"Road&Traffic" 2016 sərgisinin mətbuat buraxılışı

"Road&Traffic" 2016 sərgisinin mətbuat buraxılışı

11 may 2016 0000

11 may tarixindən etibarən, Bakı Ekspo Mərkəzinin qapıları 6-cı Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (“Road & Traffic 2016”) sərgisinin ziyarətçiləri üçün açıq olacaq. “Road&Traffic 2016”  sərgisi yol-tunel layihələndirilməsi və inşası, eləcə də yol təhlükəsizliyi, ictimai nəqliyyat və intellektual nəqliyyat sistemi üzrə peşəkarları bir arada toplayan regionun aparıcı ixtisaslaşdırılmış tədbiridir. Keçirildiyi ilk gündən etibarən sərgi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

“Road & Traffic 2016” sərgisində Azərbaycan, Danimarka, Niderland Krallığı, Türkiyə, Rusiya, Sinqapur, ABŞ, Fransa və Çexiyadan 30 şirkət iştirak edir. “Road & Traffic 2016” sərgisində iştirak edən xarici və yerli şirkətlər yol, körpü və tunellərin layihələndirməsi və tikintisi üzrə xidmətlər, eləcə də yol-tikinti avadanlığı və materialları, yol təhlükəsizliyi vasitələri, yol işarələmə avadanlıqları, yol monitorları, habelə şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatını təqdim edirlər. Şirkətlər nəqliyyat sistemlərinin intellektual idarəetməsi sektoruna böyük maraq göstərirlər və bu sektor çərçivəsində “IMMERGIS” (Fransa), “Wavetronix” (ABŞ) və “AZD Praha” (Çexiya) şirkətləri öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Son vaxtlar, ölkədə ictimai nəqliyyata, onun avtomobil parkının yenilənməsinə və idarə olunmasının təkmilləşdirilməsinə böyük diqqət yetirilir. Bununla əlaqədar olaraq, sərgidə “Azauto” (Isuzu) şirkəti və bu ilin debütantı olan “QAZ-Rus avtobusları” şirkəti iştirak edir.

Beləliklə, “Road & Traffic 2016” sərgisi bu il də təcrübə mübdiləsi və bazarın qiymətləndirilməsi, eləcə də Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin rəhbər şəxsləri, bu sahə üzrə ixtisaslaşan dövlət strukturları, regionun aparıcı yol-tikinti şirkətlərinin rəhbər və mütəxəssisləri, Azərbaycanın ictimai nəqliyyat operatorları və yol-tikinti sektorunun podratçı şirkətlərinin mütəxəssisləri ilə görüşlərin keçirilməsi üçün mükəmməl şərait yaradacaq. Bu isə öz növbəsində perspektivli müqavilələrin imzalanması və ölkənin yol-tikinti bazarına sərmayələrin yatırılması üçün münbit zəmin yaradacaqdır. “Road&Traffic” sərgisi 15-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi “TransCaspian 2016” və 3-cü Xəzər beynəlxalq Kater və Yaxtalar “CIBS 2016” sərgiləri ilə eyni meydançada keçiriləcək.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. 2016-cı ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Sheraton hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (stend quraşdırma üzrə tərəfdaş) şirkəti yer alır.

 


Rəsmi Bank

Sponsorlar

Rəsmi dəstək

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN