Raymondas Petrenas, “Basler Lacke” şirkətinin MDB ölkələrində biznesinin inkişafı üzrə məsul şəxsi
– Bizim şirkət bütün dünyada yol, avtomobil dayanacağı, velosiped yolları və digər yollar üçün İsveçrədə istehsal olunan boya və örtüklərin istehsalı sahəsində liderdir. Biz yol hərəkətinin həm təhlükəsizliyinə, həm də yaxşılaşdırılmasına çalışırıq. Şirkətin təxminən doxsan illik fəaliyyət təcrübəsi məhsullarımızın Qərbdə, eləcə də Avropa ölkələrində özünü doğrultduğunu sübut edir.
Bizim şirkət dünya brendləri arasında örtüklərin ən geniş çeşidinə malikdir. Azərbaycan bazarı bizim üçün yenidir. Biz Bakıda keçirilən “Road&Traffiс” sərgisində debüt edirik və öz biznesinizi birgə inkişaf etdirmək üçün burada tərəfdaş və distribyutorlar tapmağa ümid bəsləyirik. Bu gün siz stendimizdə boya məhsullarının nümunələri ilə tanış ola bilərsiniz, lakin bunlar şirkətimiz tərəfindən təklif olunan məhsulların sadəcə kiçik hissəsidir. Qeyd etməliyəm ki, artıq sərginin ilk saatlarından etibarən bizdə müsbət təəssüratlar yaranıb - burada hər şey çox optimal və canlıdır. Bu, yaxşı başlanğıcdır və Azərbaycanda şirkətimiz üçün yeni imkanlar yaranacağını göstərir. Biz ümid edirik ki, məhsullarımız mövcud infrastruktura yaxşı inteqrasiya olunacaq və öz tərəfimizdən brendimizi səciyyələndirən sabitlik və keyfiyyətə zəmanət veririk!