Rəşad Ələkbərov, Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinin informasiya texnologiyaları bölməsinin mütəxəssisi
- Əvvəlki illərdə olduğu kimi, Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyi sərgidə şəxsi stendlə iştirak edir. Biz burada həyata keçirilmiş layihələr, cari fəaliyyət və gələcək planlar barədə ziyarətçilərə məlumat veririk. Bizim əsas məqsədimiz Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinin fəaliyyətinin təbliği, digər dövlət strukturları ilə əlaqələrin koordinasiyası, ictimaiyyətlə əlaqələrin qurulmasından ibarətdir. Həmçinin Agentliyimizin işi barədə rəylərin monitorinqi də vacibdir. Arzu edən hər kəs stenddə Agentliyin fəaliyyəti barədə məlumatlandırıcı bukletlər ala bilər.
Qeyd edim ki, 12 iyun tarixində sərgi çərçivəsində Agentliyin fəal iştirak etdiyi “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda müzakirələrin aparılması planlaşdırılıb. Xüsusilə də, mən “Yol infrastrukturunda İT xidmətlərinin və məlumatların vacibliyi” mövzusunda məruzə ilə çıxış edəcəyəm. Bütün maraqlanan tərəfləri həm stendimizdə, həm də qeyd edilmiş müzakirələrdə görməkdən məmnun olarıq.
Bu sərginin faydası şübhəsizdir! Faydalı və keyfiyyətli məhsul və xidmətlər təqdim edən şirkətlər burada özlərini tam şəkildə təqdim edə, yeni tanışlıqlar qura və öz məhsullarına alıcılar tapa bilərlər.