Yol infrastrukturu üzrə innovasiyalar

Yol infrastrukturu üzrə innovasiyalar

11 may 2016 0000

Ceyk Fillmor, “Wavetronix” şirkətinin Şərqi Avropa regionunda satış üzrə meneceri

– Əgər şirkət yol infrastrukturu sahəsində ən son həll variantlarını təklif edirsə, onda şirkətin məhsullarına həmişə tələbat doğuracaq və peşəkarların diqqətini cəlb edəcəkdir. “Wavetronix” şirkətinin bütün ixtisaslaşmış yol hərəkətini idarəetmə sistemləri şirkətin şəxsi zavodunda hazırlanıb və real şəraitdə sınaqdan keçirilib. Məhz buna görə də, sifarişçilərə təqdim etdiyimiz avadanlıqlar uğur qazanıb. Məsələn, “SmartSensor HD” avadanlığı radiolokasiya tipli etibarlı və dəqiq intensiv hərəkət ötürücüsüdür. Şirkətimiz tərəfindən təqdim olunan “Smartsensor Matrix” avadanlığı isə “stop” (dayanma) xəttində nəqliyyat vasitələrinin olmasını dəqiq aşkar edir.

Hələ ki, “Wavetronix” şirkətinin brendləri Azərbaycan bazarına daxil olmayıb, lakin bizim avadanlıqlarımız praktik olaraq bütün qabaqcıl ölkələrdə geniş istifadə olunur. Bəs bu tapşırığı qarşılıqlı faydalı şəkildə necə həll etmək olar? Perspektiv inkişaf sahəsindəki uğur hazırkı sərgidə iştirakla bağlıdır. Biz haqlı olaraq bu tədbirdən müsbət nəticələr gözləyirik. Lakin ilk növbədə Azərbaycanlı sifarişçilərə şirkətimizin məhsullarının üstünlükləri barədə məlumat vermək istəyirik. Bütün potensial istehlakçılar, o cümlədən rəsmi strukturlar bizim üçün məqsədli auditoriya hesab olunurlar.

 

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN