Nicola Ricciardi “SIMEM” şirkətinin sahə meneceri
İstehsal müəssisəmiz İtaliyada yerləşir. Almaniya, Hindistan və Rusiyada filiallarımız var. Biz palçıq beton bloklarının və beton istehsalı ilə bağlı hər şeyin istehsalı ilə məşğul oluruq. Xəttə istənilən istiqamətdə fəaliyyət göstərən 8 müxtəlif beton zavodu daxildir. Yeniliyimiz ictimai yollarda istifadə üçün nəzərdə tutulmuş “BİSON” super stasionar zavodudur. Onun unikallığı ondan ibarətdir ki, onun quraşdırılmasına cəmi 4 saat vaxt lazımdır!
Bu zavod sayəsində betonu uzaq məsafədən daşımağa ehtiyac qalmır. Rahat və yüksək keyfiyyətlidir! İstehsal olunan və dərhal tökülən beton uzaqdan gətiriləndən qat-qat keyfiyyətli olur.
Bundan əlavə, biz “TOWERBETON”, “ZINGO” stasionar beton zavodlarını, “EAGLE” yarı-stasionar zavodunu təklif edirik. Biz, həmçinin, geniş çeşidli tapşırıqlar üçün ikişaftlı, planetar beton qarışdırıcılar istehsal edirik.
Biz artıq ikinci dəfədir ki, sərgidə iştirak edirik. Bizi Azərbaycan ərazisində təmsil edə biləcək tərəfdaşlar tapmaq istəyirik. İki gün ərzində əlaqələr yaratdıq, əlaqələrimizi daha da inkişaf etdirəcəyik. “Road&Traffic” sərgisindən başqa paralel sərgilərin də olmasını da çox bəyəndim. Sərgilər ona görə maraqlıdır ki, biz burada özümüzü reklam edir, mühüm əlaqələr qurur və gələcək əməkdaşlığı planlaşdırırıq. Stenddə məhsullarımız haqqında lazımi qısa məlumatların yığcam şəkildə toplandığı broşüralar, sayta keçidlər təqdim edirik.