Anar Nəcəfli, “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri
– Bizim şirkətin əsas tapşırığı ictimai avtomobil yolları, körpü və yol keçidlərinin təmiri, təhlükəsizliyinin təmin edilməsi, yenidən qurulması, bərpası, eləcə də yol infrastrukturu üzrə layihələrin həyata keçirilməsindən ibarətdir. Bu, çox məsuliyyətli bir fəaliyyət sahəsidir və şirkətimiz qeyd edilən sahələr üzrə müxtəlif layihələr həyata keçirir. Bu barədə sərgidə stendimizdə ətraflı məlumat əldə etmək mümkündür.
Hər il ictimaiyyətin diqqətini cəlb edən bu sərginin bütün regionda mühüm tədbirə çevrilməsi bizim üçün çox faydalıdır. Buna görə də, bu səmərəli sərgidə iştirak etməkdə məqsədimiz çoxsaylı ziyarətçilərə şirkətimizin xidmətləri barədə məlumat verməkdir.
2015-ci ildə ümumi uzunluğu 524,4 km olan avtomobil yollarının çəkilməsi, yenidən qurulması və təmir edilməsi, 12 yeni avtomobil körpüsünün inşası, 2 yeni tunelin və 7 yeni piyada keçidinin istismara verilməsi mühüm əhəmiyyət kəsb edir. Biz bu sevindirici faktlara əsaslanaraq, yol tikintisi sahəsində yeni perspektivli layihələri uğurla reallaşdırmağa hazırıq.