Xocahəsən-Lokbatan avtomobil yolunda cari təmir - bərpa işləri aparılır

Xocahəsən-Lokbatan avtomobil yolunda cari təmir - bərpa işləri aparılır

7 avqust 2017 0000

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.

 Bu çərçivədə Xocahəsən - Lokbatan avtomobil yolunun 9 - 13 km-lik hissəsində  cari təmir- bərpa        işləri görülür.

Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır.

 Ümumilikdə təmizlənmiş hissələrə 10 min m2  yeni asfalt-beton örtüyü döşənəcək. 

Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün   əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Təmir-bərpa işlərinin bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bu üzdən sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə olunur.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN