Mehrnaz Kaşef, "Paya Tadbir Pakan” şirkətinin direktorunun tətbiq və satış məsələləri üzrə müavini
– İranın “Paya Tədbir Pakan” şirkəti sərgidə özünün analoqu olmayan yeni məhsullarını təqdim edir. Məsələn, bu çeşidə yollarda 7 km-ə qədər radiusu olan və nəqliyyatın hərəkətinə nəzarət etmək üçün nəzərdə tutulmuş unikal sistem daxildir. Bu sistemin xüsusiyyəti kameranın daha yaxşı görünüş almaq üçün 20 metr yüksəklikdə xüsusi qutuda yerləşdirilməsi və profilaktik işlər üçün burazlı qaldırma mexanizmi (endirmə sistemi) ilə təchiz edilməsidir. Bu cür ənənəvi sistemlərdə kameraya xidmət etmək üçün 20 m-lik tiri olan krandan istifadə etmək tələb olunur, lakin bizim sistem özü kameranı operator üçün endirir və bu da son dərəcə rahatdır və resurslara qənaət etməyə imkan verir. İki-üç ay ərzində bu sistemlərin Tehrana yollarında quraşdırılması planlaşdırılır.
Digər bir yenilik isə yollarda sürət həddinin aşılmasını təyin etmək üçün nəzərdə tutulmuş radardır. Bu kamera bir saniyə ərzində hərəkət edən 100 avtomobilin nömrəsini müəyyən edə bilər. Nəhayət, sərgidə müxtəlif məlumatları əks etdirmək üçün nəzərdə tutulmuş elektron yol-nişan (VMS) lövhələrini təqdim edirik.
Biz sərgidə maraqlanan ziyarətçilərlə yanaşı, yeni məhsullar tətbiq edən, habelə kameralar və digər texniki avadanlıqları quraşdıran şirkətlərin, o cümlədən nəqliyyat şirkətləri və digər müəssisələrin nümayəndələri ilə görüşməkdən məmnun olarıq.