Tıxacların qarşısını almaq üçün Bakıda 4 Nəqliyyatı Mübadilə Mərkəzi yaradılacaq

Tıxacların qarşısını almaq üçün Bakıda 4 Nəqliyyatı Mübadilə Mərkəzi yaradılacaq

30 dekabr 2016 0000

“Şəhərin mərkəzi hissəsində tıxacların yaranmasının minimuma endirilməsi məqsədi ilə Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılmasına başlanılıb”.

APA-Economics”in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin 1 illiyi barədə məlumat verən agentliyin rəhbəri Vüsal Kərimli bildirib.

İlk belə mərkəzin metronun “Koroğlu” stansiyası yaxınlığında yaradıldığını deyən V. Kərimli bildirib ki, bununla da həmin istiqamətdə ətraf kənd və qəsəbələrdən gələn marşrut avtobuslarının şəhərmərkəzinə girişi məhdudlaşdırılıb.

“Sərnişinlərin bu aradan şəhər mərkəzinə rahat gediş-gəlişi müasir standartlara cavab verən avtobuslarla həyata keçirilir. Artıq “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dayanacaq məntəqələrinin quraşdırılmasına başlanılıb. Gələcəkdə “Avtovağzal”, “Dərnəgül”, “28 May” metro stansiyaları və “Lökbatan dairəsi” ətrafında da Nəqliyyatı Mübadilə Mərkəzilərinin yaradılması nəzərdə tutulub”, - deyə V.Kərimli vurğulayıb. 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN