Aybek Xalil, “Çepaş Gonvarri Group” şirkətinin regional biznesin inkişafı üzrə meneceri
Şirkətimiz yol baryerlərinin, günəş elektrik stansiyaları üçün konstruksiyaların və bərkidicilərin, elektrik ötürücü xətlərin və GSM qüllələrinin, işıqlandırma dirəklərinin həmçinin polad konstruksiyaların istehsalı ilə məşğuldur.
Bu gün burada, “Yol Tikinti Sərgisi”-ndə biz qəzaların təsirini azaltmaq və sürücüləri, piyadaları və nəqliyyat vasitələrini qorumaq üçün nəzərdə tutulmuş məhsullarımızı təqdim edirik.
Kütləvi istehsal olunan “ÇEPAŞ” yol baryerləri beynəlxalq səviyyədə tanınmış EN 1317 standartlarına uyğun olaraq qəzalara qarşı sınaqdan keçmiş və CE sertifikatları almışdır.
Hazırda işğaldan azad edilmiş Qarabağ ərazilərində yol tikintisi işi sürətlə inkişaf edir, bərpa işləri aparılır. Biz Qarabağda yolların təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək istəyirik. Bunun üçün bütün avadanlıqları: yüksək keyfiyyətli yolkənarı səddləri, işıqlandırma dirəklərini və yol nişanlarını təmin etmək lazımdır
Biz “Road&Traffic” sərgisində ilk növbədə tikinti şirkətləri arasında yeni tərəfdaşlar və müştərilər tapacağımıza ümid edirik. Burada yol tikinti şirkətləri var və biz onlarla əlaqə yaratmağı çox istərdik.