Dmitriy Starikeviç, “STiM” (Belarus) şirkətinin satış üzrə mütəxəssisi
Bizim şirkət yolların işarələnməsi üçün avadanlıq və materialların istehsalı ilə məşğuldur. Biz ötən il “Road & Traffic” sərgisinin iştirakçısı kimi buraya gəlmişdik. Hesab edirəm ki, sərgilər işgüzar görüşlərə dəvət baxımından böyük üstünlük və imkanlara malikdir. Bugünkü ziyarət yeni əlaqələr qurmaq niyyəti ilə bağlıdır. Bir neçə şirkətin nümayəndələri ilə uğurla danışıqlar apardıq və gələcək birgə fəaliyyətə ümid edirik. Hesab edirəm ki, sərgi şəxsi görüşlər keçirmək və mühüm işgüzar məsələləri daha ətraflı müzakirə etmək üçün əla məkandır. Gələcəkdə yollarda infrastrukturu təqdim edən daha çox yerli təşkilatı, yol-layihə şirkətləri və təhlükəsizlik xidmətlərinin nümayəndələri, yol nişanlarının istehsalçılarını və s. görmək istərdim.