“Road and Traffic 2015”: yol-nəqliyyat aləminin müasir təminat spektri

“Road and Traffic 2015”: yol-nəqliyyat aləminin müasir təminat spektri

14 may 2015 0000

Bu gün Bakı Ekspo Mərkəzində 5-ci Yubiley Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (“Road and Traffic 2015”) sərgisinin sonuncu iş günüdür.

“Road and Traffic 2015” sərgisində regionun yol infrastrukturunun geniş panoramı və nəqliyyat sektorunun müvafiq sahələri üzrə əlaqələndirmənin təşkili prosesi ilə yanaşı, ölkə iqtisadiyyatının bu sahəsi üzrə bütün əhəmiyyətli dəyişikliklər öz əksini tapdı. 5-ci Yubiley Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (“Road and Traffic 2015”) sərgisi ilə paralel 14-cü Beynəlxalq “Nəqliyyat, tranzit və loqistika” (“TransCaspian 2015”) sərgisi də keçirilir və bu da hər iki sərginin peşəkar səmərəliliyini yüksəltdi.

Açılış mərasimində çıxış edən “ITЕ Group Plc” şirkətinin sənaye direktoru cənab Lorent Noel mövcud əlaqələrin genişləndirilməsi və yeni, qarşılıqlı faydalı əlaqələrin qurulması, habelə perspektiv müqavilələrin imzalanması və investisiya qoyuluşu, eləcə də təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi üçün əla imkan yaradan hər iki sərginin əhəmiyyətini vurğuladı. Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Musa Pənahov sərginin rəsmi açılış mərasimində çıxışı zamanı sərgilərin Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına kömək göstərdiyini, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması imkanlarını nümayiş etdirdiyini və yük sahibləri üçün optimal yükdaşıma variantlarının müəyyənləşdirilməsinə şərait yaratdığını qeyd etdi.

Yubiley sərgidə Azərbaycan, Almaniya, Çin, Rusiya, Türkiyə, Çexiya, ABŞ və digər ölkələrin 52 şirkəti iştirak edir. Sərgi iştirakçı şirkətlərin öz iş, məhsul və xidmətlərini maksimum səmərə ilə sərgi ziyarətçilərinə təqdim etmələrinə lazımı imkan yaratdı.

Peşəkar bir sərgi üçün 5 il fasiləsiz inkişaf və təkmilləşmə bu tədbirin beynəlxalq marketinq üzrə mühüm layihələr baxımından ən yaxşı sınaqdan - davamlılıq yoxlamasından keçdiyini göstərir. “Road and Traffic 2015” sərgisi nəqliyyat və yol infrastrukturunun əməyini vurğulamaqla yanaşı, həm də ən yaxşı praktiki işləri və layihələrin interaktiv təqdimatını təklif etdi ki bu da qonaqların böyük marağına səbəb oldu. Bunların arasında nəqliyyatın intellektual idarəetmə sistemləri, yeni avtobuslar, “Ekomobil” şirkətinin təqdim etdiyi elektrik avtomobillərin sınaq sürüşü (“test-drayvlar”)  və s. yer alır.

Biznesmen, mühəndis və peşəkar inşaatçılar yolun layihələndirilməsi, təmir və texniki xidmətini təklif edən ekspozisiyanı maraqla nəzərdən keçirilər. Tədbirin bir sıra iştirakçıları bu sərgidə iştirakın ölkəmizdəki mövqelərini möhkəmləndirmələri baxımından vacib olduğunu vurğuladılar. Xarici eksponentlər ziyarətçilər arasında müvafiq sahə mütəxəssislərinin artmasını qeyd etdilər və bu da tədbirin müsbət nəticələnməsində özünü göstərdi.

Qeyd etmək lazımdır ki, layihə üzərində işə “ITE Group Plc.” şirkətinin tərəfdaşlar şəbəkəsi, o cümlədən “ITE London”, “EUF” (Тürkiyə), “GIMA” (Almaniya) və “ITE Gulf” (Dubay) şirkətləri cəlb olunublar. Bu şirkətlər beynəlxalq şirkətləri Azərbaycanda təşkil olunan sərgilərə fəal şəkildə cəlb edirlər.

Sərgilərin təşkilatçıları “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” şirkətləridir. “Road and Traffic” sərgisi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN