Qazax-Kosalar avtomobil yolunun tikintisi yekunlaşıb

Qazax-Kosalar avtomobil yolunun tikintisi yekunlaşıb

22 oktyabr 2016 0000

Qazax-Kosalar avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.

 

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə 2 metr enində çiyinlər də daxil olmaqla yol yatağının eni 10 metr təşkil edir.

 

Tikinti layihəsi çərçivəsində 42 sm qalınlığında və 41.7 min kubmetr həcmdə yol əsasının tikintisi işləri aparılıb. Daha sonra 2 qat olmaqla (7+5 sm) yolun 48 min kvadratmetr sahəsinə yeni asfalt-beton örtük döşənib. Bundan başqa yol üzərində müxtəlif diametrli 30 ədəd suötürücü borular tikilib ki, onların da ümumi uzunluğu 460 metr təşkil edir.

Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 42 ədəd yol nişanları quraşdırılıb, 4,1 min kvadratmetr yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin 1 yerdə avtobus dayanacağı tikilib.

 

Qeyd edək ki, Qazax-Kosalar avtomobil yolunun tikintisi prezidenti İlham Əliyevin sərəncamına əsasən tikilib.

Yolun yenidən qurulması kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa Qazax rayonunun 2 yaşayış məntəqəsinin 6 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, həmçinin insanların öz məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşıması imkanı yaranacaq.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN