Paytaxtın əsas magistral yollarında hərəkətin təkmilləşdirilməsi üzrə layihə

Paytaxtın əsas magistral yollarında hərəkətin təkmilləşdirilməsi üzrə layihə

13 i̇yun 2018 0000

Mais Ağayev, Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri

– Sərgidə təqdim olunan ekspozisiyamızda ən mühüm yeri əsas nəqliyyat yükünü öz üzərinə götürən və 16 yol kombinasiyasından ibarət olan 11 əsas yolda nəqliyyatın tənzimlənməsi üzrə yeni layihə tutur. Məsələn, bu yollar arasında 28 may, Yusif Səfərov, Bakıxanov, Tiflis prospekti və s. kimi küçə və prospektlər yer alır.

Biz yaxın gələcəkdə (yay aylarında nəqliyyatın sıxlığının azalmasından istifadə edərək) bu layihəyə başlamağı planlaşdırırıq.

Bu yolların uzunluğu və genişliyi nəqliyyatın normal hərəkətini təmin etməyə imkan versə də, pik saatlarında qeyri-qanuni parkinq halları hərəkəti tez-tez çətinləşdirir. Bu problemi həll etmək üçün yuxarıda göstərilən yollarda və 74 yol ayrıcında vəziyyət təhlil edilmiş və həll variantı təklif olunmuşdur. Layihə yollarda nəqliyyatın hərəkətinin düzgün təşkilini, piyadalar üçün təhlükəsiz hərəkəti təmin edir. Bu layihə müvəffəqiyyətlə həyata keçirilsə, əsas nəqliyyat arteriyalarına bitişik küçə və prospektlərdə yol hərəkətinin yaxşılaşdırılması mümkün olacaq.

Arzu edən hər kəs bizim stendimizdə sözügedən layihə barədə, eləcə də onun məqsəd və vəzifələri haqqında ətraflı məlumat ala bilər.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN