Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.
ABC.AZ-ın məlumatına görə, Sərəncamla “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Müşahidə Şurasının sədri
Xalid Əhədov – Birinci vitse-prezidentin köməkçisi
Müşahidə Şurasının üzvləri
Rəhman Hümmətov – Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini