İxrac üçün geosintetik materiallar!

İxrac üçün geosintetik materiallar!

12 i̇yun 2018 0000

Anton Lepeş, “Machina-TST” şirkətinin kommersiya şöbəsinin müdiri

– Belarusun “Machina-TST” şirkəti yolların, infrastruktur layihələrinin, terminalların və limanların tikintisində, bir sözlə, yola ehtiyac olan hər yerdə istifadə olunan yenilikçi geosentetik materialların istehsalçısıdır. Bizim materiallar yol səthinin dayanıqlığını, daşıma qabiliyyətini, yolun xidmət müddətini artırır.

Əsas müəssisə Moqilev şəhərində yerləşir və MDB ölkələrində geosentetik material istehsalı sahəsində əsas liderlərdən biridir. Şirkətin hazır məhsul istehsalının həcmi artıq ayda 2 milyon kvadratmetrdən artıqdır. “Machina-TST” müəssisəsi ilk növbədə ixracat yönlü  şirkət kimi istehsal etdiyi məhsulların məhsulların 80%-dən çoxunu xarici ölkələrə ixrac edir. Təchizat coğrafiyası çox genişdir və MDB ölkələri, Avropa İttifaqı, Yaxın Şərq, Avstraliya və digər regionlar daxil olmaqla, dünyanın 20-dən çox ölkəsini əhatə edir. Yaxın gələcəkdə Azərbaycan bazarına daxil olmağı planlaşdırırıq.

Sərgidə iştirak etməkdə məqsədimiz təchizat üfüqlərini genişləndirmək, yol infrastrukturunun yaxşılaşdırılmasına böyük diqqət göstərilən regional bazarın ehtiyacları ilə tanış olmaq arzusudur. Bir şirkətin innovativ həll variantlarını sizin işgüzar mühitinizə gətirmək istəyirik. Sifarişçiləri - yol tikintisi üzrə dövlət qurumlarını, habelə yol infrastrukturuna cəlb olunan peşəkar icraçıları stendində görməkdən məmnun olarıq.

Biz hesab edirik ki, sərgi bazarın, eləcə də onun iştirakçılarının və tənzimləyici mexanizmlərinin başa düşülməsi və monitorinqi baxımından bizim üçün çox faydalıdır.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN