Rüfət Zeynalov, “Azavtobus LLC” şirkətinin direktoru
- Nəqliyyat sərgisinin daimi iştirakçılarından biri olan “Azavtobus” şirkəti bu il yeni məhsulu – buraxılış ili 2019 olan “Isuzu Citibus” avtobusunun təkmilləşdirilmiş modelini təqdim edir. Bu avtobusun əvvəlki modifikasiyaları 2013-cü ildən etibarən şəhər marşrutlarında uğurla istismar edilir və paytaxtın sakinləri tərəfindən yaxşı tanınır.
Yeni model Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş tələblərə cavab verir. Avtobus “Avro-5” ekoloji standartlara uyğundur, səkkiz müşahidə kamerası ilə təchiz edilib, hərəkət imkanları məhdud insanların istifadəsi üçün yararlıdır (panduslarla təchiz edilib), bortunda “Wi-Fi” simsiz internet sistemi, mikrofon sistemi və s. mövcuddur.
Bizim prioritetimiz yeni avtobusun Bakı Nəqliyyat Agentliyinə (BNA), eləcə də sərnişindaşıma ilə məşğul olan şirkətlərə təqdim etməkdir. Ümidvarıq ki, yeni məhsulun üstünlükləri peşəkarların diqqətini cəlb edəcək və biz onun satışı üzrə sazişlər imzalamağa nail olacağıq.
Nəqliyyat sahəsinə maraq göstərən hər kəsi: həm peşəkarları həm də analitika üçün rəyləri xüsusi əhəmiyyət kəsb edən adi istifadəçiləri stendimizdə görmək istərdik.
Sərgi sektorun inkişafında böyük rol oynayır, iştirakçılara müxtəlif yenilikləri nümayiş etdirməyə, son istehlakçılar ilə qarşılıqlı hərəkət etməyə imkan verir. Biz artıq səkkiz ildir ki, bu sərgidə iştirak edirik və hər dəfə ekspozisiyamıza azalmayan marağı məmnuniyyətlə müşahidə edirik.