Heydər Əliyev prospektində aparılan təmirin başa çatdırılması üçün işlər sürətləndirilib

Heydər Əliyev prospektində aparılan təmirin başa çatdırılması üçün işlər sürətləndirilib

16 aprel 2015 0000

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC planlaşdırılan qrafiki qabaqlamaq məqsədilə Heydər Əliyev prospektinin şəhər istiqamətindən Böyükşor qovşağına qədər olan hissədə nəqliyyatın hərəkətini dayandıraraq təmir işlərinə start verib.

“Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, bu gün səhər saatlarından Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.

 

Hazırda Böyükşor qovşağının qarşısından şəhər istiqamətinə mövcud asfalt-beton örtüyünün üst qatının frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması işləri davam etdirilir.

 

Paralel olaraq Bağırov körpüsünün ətrafında yağış kanalizasiya sisteminin quraşdırılması üçün müvafiq işlər aparılır.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN