Geosintetik materialların hazırlanması, istehsalı və satışı

Geosintetik materialların hazırlanması, istehsalı və satışı

27 aprel 2017

Sərxan Akın, “TenCate” şirkətinin regional meneceri

– “TenCate Geosynthetics” şirkəti bütün dünyada geosintetik materialların hazırlanması, istehsalı və satışı sahəsində liderdir. Şirkət 30 ildən artıqdır ki, Avropa, Yaxın Şərq, Afrika və MDB ölkələrində bu materialların hazırlanması və satışı ilə məşğuldur. Bizim məhsullar Avstriya, Niderland Krallığı və Fransada, eləcə də Amerika, Çin və Malayziyada yerləşən 10 zavodda istehsal edilir. Biz bu gün “Road&Traffic-2017” sərgisində yol və dəmir yollarının, hava limanlarının, tunellərin tikintisi, sahil xətti üçün qoruyucu konstruksiyaların tikintisi üçün kompleks həll variantları təklif edirik. Şirkət bu həll variantlarını reallaşdırmaq üçün ayırma, filtrasiya, eroziyadan qorunma, izolyasiya və bu kimi digər müxtəlif funksiyaları yerinə yetirən toxuma və qeyri-toxuma materialların geniş çeşidini təklif edir.

Son 4-5 ildə biz tez-tez Bakıya gəlirik. “İteca Caspian” şirkəti tərəfindən təşkil edilən tədbirlərdə isə ikinci dəfədir ki, iştirak edirik. İlk dəfə üç il bundan əvvəl “Road&Traffic 2014” sərgisində iştirak etmişdik. Həmin vaxt, fikrimcə, sərgi kifayət qədər genişmiqyaslı idi, lakin əminliklə deyə bilərəm ki, bu gün hazırkı tədbir bizim gözləntilərimizi də üstələyir. Biz bu illər ərzində Bakıda bir sıra tərəfdaş tapmışıq, buna görə də biz növbəti təkliflərlə, yeni məhsullarla, habelə yeni tərəfdaşlar tapmaq ümidi ilə yenidən bu sərgiyə gəlmişik.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN