Geomühəndislik sahəsi üçün aktual məhsullar

Geomühəndislik sahəsi üçün aktual məhsullar

13 i̇yun 2018 0000

İrina Kozina, “Pietrucha” şirkətinin ixrac üzrə meneceri

– Polşanın “Pietrucha” şirkəti sərgidə geomühəndislik sahəsi üçün yeni məhsulları – geo-şpunt və geo-tor məhsullarını təqdim edir. Geo-şpunt məhsulu, məsələn, sahil xəttinin tənzimlənməsi, iki fərqli torpağın ayrılması üçün istifadə olunur. Propilen geo-toru yolları, asfalt örtüklərini gücləndirmək üçün nəzərdə tutulub ki, yollar çatlamasın və daha uzunömürlü olsun.

Bizim şirkət Azərbaycan bazarındakı iştirakını genişləndirmək istəyir, biz burada səmərəli əməkdaşlıq qura biləcəyimiz yeni müştəri və tərəfdaşlar qazanmaq niyyətindəyik. Biz yolların, limanların, pirslərin, yanalma körpülərinin və digər infrastrukturların tikintisi ilə məşğul olan, eləcə də ekologiya sahəsindəki fəaliyyət göstərən şirkətlərin nümayəndələrini stendimizə dəvət edirik. Sərgi çox maraqlıdır, onun hədəf istiqaməti məlumdur, burada çoxsaylı maraqlanan ziyarətçilər var. Lakin əlbəttə ki, biz sərginin daha genişmiqyaslı olmasını istərdik.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN