Fransada “Alstom” Azərbaycan üçün istehsal etdiyi ilk sərnişin lokomotivinin təqdimatını keçirib

Fransada “Alstom” Azərbaycan üçün istehsal etdiyi ilk sərnişin lokomotivinin təqdimatını keçirib

10 oktyabr 2017 0000

Fransanın Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib. Bu barədə ADY-dən məlumat verilib.

“Təqdimat mərasimində çıxış edən Alstom şirkətininQərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille bildirib ki,ilk çoxtəyinatlı Prima lokomotivini Azərbaycana çatdırmaqla və Qara dənizlə Xəzər dənizi, Rusiya ilə İran arasında tranzit dəmir yolu bağlantısını daha da gücləndirməklə daşıyan iddialı layihələrin tərəfdaşına çevrilir”, - məlumatda qeyd olunur.

“Azərbaycan Dəmir Yolları”QSC sədrinin müavini Hicran Valehov bildirib ki, “Alstom Transportation S.A.” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqavilənin tərkib hissəsi kimi hazırda 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi istehsal edilir.

Bu lokomotivlər Şərq – Qərb dəhlizi üzrə 25 kV AC, 50 Hrs və Şimal – Cənub dəhlizi üzrə 3 kV DC ilə hərəkət edəcək.

“Tətbiqat növləri baxımından bu lokomotiv dünyanın ən çoxfunksiyalı elektrik lokomotividir. Prima AZ4Atexniki xidmət və təmir arasında daha uzunmüddətli istismar göstəriciləri, az enerji sərfiyyatı, aşağı texniki xidmət xərcləri və park idarəçiliyinin yüksək iş səmərəliliyi ilə sərnişin xidmətində 160 km/saat sürəti ilə hərəkət etmək iqtidarındadır.AZ4A Azərbaycan Dəmir Yollarının texniki tələblərinə əsaslanaraq, QOSTstandart və spesifikasiyalarına riayət edilməklə işlənib-hazırlanmışPrima M4 lokomotividir”, - məlumatda vurğulanır. **

N.Abbasova

http://interfax.az/view/715201/az


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN