Etibarlı və müasir avtobuslar!

Etibarlı və müasir avtobuslar!

12 may 2016 0000

Ədalət Ağayev,AZAUTO” (Isuzu”) şirkətinin satış üzrə meneceri

– Böyük qabaritli etibarlı avtobuslar artıq uzun illərdir ki, həm şəhərdaxili nəqliyyatda, həm də şəhərlərarası daşımalarda standart nəqliyyat vasitəsinə çevrilib. Bizim şirkət Avropada avtobus və kommersiya təyinatlı nəqliyyat vasitələrinin aparıcı istehsalçılarından biri -Türkiyənin tanınmış “Anadolu Isuzu” markalı avtobusların distribyutorudur.

Şirkətimizin hər il Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (“Road & Traffic”) sərgisində iştirak etməsi bizim reklam siyasətimizlə bağlıdır və şirkətə böyük nüfuz qazandırır. Biz dəfələrlə Azərbaycanı həmişə öz müştərilərini tapan və etibarlı nəqliyyat vasitəsi kimi böyük tələb doğuran “Isuzu” avtobuslarının müasir modelləri ilə təchiz etmişik.

Son vaxtlar Azərbaycanda ictimai nəqliyyat sahəsi, avtomobil parklarının yenilənməsi və onların idarə edilməsinin təkmilləşdirilməsinə böyük diqqət göstərilir. Xoşbəxtlikdən, “Road & Traffic 2016” sərgisi “TransCaspian 2016” və “Kater və Yaxtalar” (“CIBS 2016”) sərgiləri ilə eyni platformada keçirilir. Bu isə ziyarətçilərin bütün tədbirlərə olan marağının artmasına, eləcə də peşəkar dialoqların çoxalmasına zəmanət verir.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN