Aygül Nazarbayeva, “Frauscher sensor technology” (Avstriya) şirkətinin nümayəndəliyinin direktor müavini
- Mən Bakida keçirilən “Road & Traffic” sərgisini ilk dəfə ziyarət edirəm. Bizim şirkət dəmiryol avtomatikası üçün sistemləri istehsal edir. Biz sistemlərimizin istifadə edilə biləcəyi dəmiryol layihələrinə maraq göstəririk. Böyük İpək Yolunun marşrutları, Avropa ilə Asiya arasındakı tranzit bizim üçün xüsusilə cəlbedicidir. Biz əlaqələr qurmaq, gələcək layihələrdə istifadə imkanı olan məhsullarımızı digər şirkətlərə təqdim etmək istəyirik. Sərgi tapşırıqlarımızı yerinə yetirmək üçün yaxşı platformadır. Bununla yanaşı, biz bazar barədə rəy formalaşdıra, layihələr, maraqlanan insanlar və şirkətlər ilə işgüzar münasibətlər, xarici şirkətlərin bazardakı rolu barədə məlumat toplaya bilərik. Bu gün dəniz limanları tərəfindən təqdim edilən layihələr də bizim diqqətimizi cəlb edir.