“Carlson” şirkətinin universal həll variantları

“Carlson” şirkətinin universal həll variantları

13 may 2015 0000

Aleksandr Yefimov,  “Carlson” şirkətinin satış üzrə Baş direktoru

– “Carlson EMEA” (Avropa, Yaxın Şərq və Afrika) Amerikanın “Carlson Software” şirkətinin törəmə müəssisəsi kimi, Niderland Krallığında ofisə və Avrasiya, Yaxın Şərq və Afrika ölkələrində (müxtəlif regionlarda, o cümlədən, Rusiyada) biznesin inkişafına xidmət edən nümayəndəliklərə malikdir. “Carlson” şirkətinin həll variantları geodeziya işləri, yolların layihələndirilməsi, yerüstü çəkilişlər, dağ-mədən işləri, geofiziki informasiya sistemi (GİS), mülki layihələndirmə və tikinti sahələrində tətbiq edilir. Biz həmçinin “GPS” çəkilişlər məqsədi ilə səhra cihazları, habelə onlar üçün lazımı proqram təminatını təklif edirik.

Bizim şirkət “TransCaspian 2015” sərgisinin debütantlarından biridir. Biz bu gün bura  sizin bazarınızı daha yaxşı qiymətləndirmək, Azərbaycanlı ziyarətçiləri “Carlson” şirkətinin fəaliyyəti və (istər yeni, istərsə də artıq özünü təcrübədə doğrultmuş) məhsulları barədə məlumatlandırmaq üçün gəlmişik.

Artıq Azərbaycanda dilerlərimiz olsa da, biz daim yerli bazarı inkişaf etdirməkdə bizə kömək edən yeni tərəfdaşlarla əməkdaşlıq etməyə müsbət yanaşır və məmnuniyyətlə onlara lazımı dəstək göstəririk. Biz bu ekspozisiya çərçivəsində artıq bir sıra mühüm görüşlər keçirmiş və maraqlanan şəxslərlə danışıqlar aparmışıq. Ümumilikdə isə deyə bilərəm ki, biz nəticələrdən çox razıyıq.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN