Yekaterina Uşakova, Yaroslavl Diyarının İxrac Mərkəzinin mütəxəssisi
– Bizim birgə stendimizdə Yaroslavl Diyarını təmsil edən şirkətlər “Road & Traffic 2018” sərgisinin ziyarətçilərinin diqqətinə bir sıra maraqlı və yeni məhsullar təklif edir. Belə ki, “Romanovskie kraski” lak-boya müəssisəsinin məhsul çeşidinə xüsusi təyinatlı avadanlıqların: təyyarə, gəmi, qatarların antikorroziya üzrə emalı sahələrində istifadə olunan yeni məhsullar daxildir. Xlorid turşu ilə təmasda olan və ya paslanmayan səthlərin boyanması üçün nəzərdə tutulmuş, korroziyanın daha da yayılmasının qarşısını alan unikal boyalar təklif edilir. Xüsusi həll variantları neft hasilatı, neft emalı sənayesində istifadə üçün nəzərdə tutulub. Boyalar yenidən tətbiq edilmədən 10-15 il müddətində öz xüsusiyyətlərini itirmir.
Stendimizin digər iştirakçısı müxtəlif sahələrdə istifadə edilən ən son polimer materialları sərgidə təqdim edən, Rusiyada yol hərəkətinin təhlükəsizliyi üzrə vasitələrin istehsalı sahəsində lider olan “Protekt” şirkətidir. Çınqılın altından sərilən geo-sintetik tor yol tikintisi zamanı yolların möhkəmləndirilməsi; yol hərəkəti təhlükəsizliyi sahəsində konuslar, lentlər, məhdudlaşdırıcı şəbəkələri, fənərlər, çəpərlər və s. tətbiq edilir; landşaft dizaynı sahəsində isə yamacların geo-məhəccərlərlə möhkəmləndirilməsi, yarılma əleyhinə müşəmbələr, parkinq torları, su anbarlarının tikintisi zamanı sahillərin möhkəmləndirilməsi və s. üçün nəzərdə tutulub.
Sərgidə iştirak bizə yerli bazarın ehtiyaclarını daha yaxından öyrənmək və Yaroslavl Diyarını təmsil edən müəssisələrin keyfiyyətli məhsulların Azərbaycana tədarükünü genişləndirmək imkanı verəcək.