Biz yerli şirkətlərlə əməkdaşlığa hazırıq!

Biz yerli şirkətlərlə əməkdaşlığa hazırıq!

11 may 2016 0000

Manon Custal, Marketinq və Biznesin İnkişafı, “Immergis” şirkəti

– Biz hazırkı sərgini regionun əhəmiyyətli tədbiri hesab edir və bu tədbirdə iştirakdan yeni əlaqələrin qurulması ilə yanaşı, bazarın mühüm iştirakçısı olan şirkətimiz barədə məlumatlanma səviyyəsinin artırılmasını gözləyirik. Konkret olaraq, “IMMERGIS” şirkəti yol infrastrukturuna dəstək, eləcə də bu sahədə çalışan menecerlərin ixtisaslaşmasının artırılması ilə məşğuldur. Biz xətti infrastruktur, toplama və araşdırma, yol şəbəkələrinin idarə olunması, şaquli və üfüqi yol işarələrinin təhlili və digər xidmətlər təklif edirik. Bundan başqa, “IMMERGIS” şirkəti “GIS” məlumat bazası konsepsiyasını, eləcə də “GIS” internet platformasını və digər məhsullarını da təqdim edir.

Bizim məhsullarımız Avropa ölkələrində geniş təqdim olunur. Təəssüf ki, hazırda Azərbaycan bazarında bizim tərəfdaşımız yoxdur, lakin biz tərəfdaş axtarışını fəal surədə davam etdiririk. Həmçinin, biz yerli şirkətlərlə əməkdaşlığa da hazırıq. Artıq sirr deyil ki, Azərbaycan bazarı regionun mühüm seqmentidir. Yol infrastrukturunun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsi bazarın inkişafı ilə nəticələnəcək ki bu da bazara göstərilən diqqəti daha da artıracaqdır.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN