Biz yerli bazarda satışların həcmini artırmaq niyyətindəyik

Biz yerli bazarda satışların həcmini artırmaq niyyətindəyik

12 i̇yun 2018 0000

Viktoriya Tretyakova, “GAZ Group Russian Buses” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri

Bizim şirkət 7 -19 metrlik istənilən kateqoriya və təyinatlı şəhər avtobuslarının istehsalı ilə məşğuldur. Şirkət özündə üç zavodu – Likinskiy Avtobus Zavodu, Pavlovskiy Avtobus Zavodu və Kurqanskiy Avtobus Zavodunu birləşdirir. Şirkət Rusiyada avtobus bazarının 80%-ni, ön mühərrik avtobuslarının istehsalı sahəsində isə bazarın 100%-ni əhatə edir.

Biz sərgidə əlil arabası üçün xüsusi yeri olan 50 sərnişin tutumlu “Vector Next” şəhər avtobusunun yeni modeli təqdim edirik. Avtobus istənilə kateqoriyalı vətəndaşların istifadəsinə uyğundur.

Hal-hazırda biz MDB regionunda satış bazarını aktiv şəkildə genişləndirməyə çalışırıq və ümidvarıq ki, tezliklə Bakı küçələrində bizim gözəl avtobuslarınız hərəkət edəcək. Azərbaycanın bazarları çox maraqlı və perspektivlidir.

“TransCaspian 2018” sərgisində iştirak etməklə, biz yerli bazarda satışların həcmini artırmaq niyyətindəyik. Bizim avtobuslarımızı satın almaq istəyən nəqliyyat şirkətlərinin nümayəndələri ilə işgüzar görüşlər keçirməkdən məmnun olarıq. Onlara maraqlı təklif verməyə hazırıq. Artıq sərgidə Bakı Nəqliyyat Agentliyinin və digər şirkətlərin nümayəndələri ilə ünsiyyət qurmuşuq. Sərginin daha geniş şəkildə əhatə edilməsini, onun iştirakçıları haqqında məlumatlar müxtəlif nəşrlərdə yer almasını istərdik.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN