“Bison” zavodunun yeni və təkmilləşdirilmiş dizaynı

“Bison” zavodunun yeni və təkmilləşdirilmiş dizaynı

23 may 2022 0000

Nicola Ricciardi, “Simem” şirkətinin sahə meneceri

“Simem” şirkəti qlobal beton konstruksiya bazarı üçün yüksək keyfiyyətli beton qarışdıranlar, beton zavodları və avadanlıq həllərinin layihələndirilməsi, istehsalı və təchizatı üzrə ixtisaslaşmışdır. “SIMEM” şirkətinə məxsus avadanlıq və zavod həllərinin bütün çeşidləri uzun ömürlü dizaynı və istehsal göstəriciləri ilə tanınır. Tədqiqata əsaslanan mühəndislik prosesi, proaktiv xidmət təşkilatı ilə birgə iş, ehtiyat hissələri inventarları, mexanika və elektrik texniki komandaları və texniki dəstək “SIMEM” şirkətinə bütün əsas dünya bazarlarında rəqabət qabiliyyətli fəaliyyət göstərməyə imkan verir.

“10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgisində biz mobil əməliyyatlar, çoxlu aqreqat və tozların dəqiq çəkilməsini tələb edən layihələr üçün səyyar qarışdırma həlli olan “Bison” zavodunu təqdim edəcəyik. “Bison” zavodu fasiləsiz istehsalda saatda 500 tona qədər dəqiq beton qarışığı emal edə bilir. “Bison” zavodunun əsas bloku heç bir təməl və tikinti işləri tələb etmədən bir neçə saat ərzində hazır ola bilər və səki və yol tikintisi kimi işlər üçün idealdır.

Builki sərgidə biz bütün layihələriniz üçün daha çox mobillik, çeviklik və modulluğu özündə əks etdirən “Bison”-un yeni və təkmilləşdirilmiş dizaynını təqdim edəcəyik.

Bu sərgidən həqiqətən də böyük gözləntilərimiz var. Sərgi hər zaman gələcəkdə böyük əməkdaşlığa çevrilə bilən yeni əlaqələr deməkdir. Biz bilirik ki, bazar sabahın ölkəsini qurmaq üçün yüksək performanslı və keyfiyyətli məhsullara hazırdır.


Rəsmi Bank

Sponsorlar

Rəsmi dəstək

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN