Bakıda tikilən velosiped yolunun 1,6 kilometri artıq yekunlaşıb

Bakıda tikilən velosiped yolunun 1,6 kilometri artıq yekunlaşıb

15 mart 2022 0000

Şəhər mərkəzində velosiped yollarının tikintisi davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, təşkil edilən velosiped yollarına iki komponentli boyaların vurulmasına artıq başlanılıb. Şəhərin mərkəzi hissəsini əhatə edən 7,5 kilometr uzunluqda velosiped yolunun 1,6 kilometri yekunlaşıb.

Bakı şəhərinin Baş Planına əsasən velosiped yolu şəbəkəsinin uzunluğu 2027-ci ilədək 63,5 kilometr, 2040-cı ilədək 251,2 kilometr təşkil edəcək.


Rəsmi Bank

Sponsorlar

Rəsmi dəstək

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN