Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində avtobus reysi fəaliyyətə başlayır

Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində avtobus reysi fəaliyyətə başlayır

6 noyabr 2017 0000

Noyabrın 9-dan etibarən hər həftənin dördüncü günü Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən avtobus reysi fəaliyyətə başlayır.

Kompleksdən AZƏRTAC-a bildirilib ki, artıq Bakı-Xarkov-Poltava-Kiyev reysinin biletlərinin satışı həm kassalardan, həm də onlayn şəkildə həyata keçirilir.

Avtobus Rusiya Federasiyasının ərazisindən keçərək, 40 saat yol qət etməklə mənzil başına çatacaq.

Noyabrın 13-dən isə hər həftənin birinci günü yerli vaxtla 15:00-da Kiyev-Poltava-Xarkov-Bakı (2668 km) istiqamətində avtobus reysi Kiyev Mərkəzi Avtovağzalından həyata keçiriləcək.

Avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100 manat təşkil edir.

Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərtilə) pulsuzdur. Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Qeyd edək ki, biletlərin qiyməti daşımaları həyata keçirən Ukrayna və Azərbaycanın şirkətlərinin və hər iki ölkənin aidiyyəti qurumlarının qarşılıqlı razılığına əsasən müəyyənləşdirilib.

Müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar “Wi-Fi” şəbəkəsi ilə təchiz edilib.

Sərnişinlərin yolboyu çay və qəhvə ilə təmin olunması nəzərdə tutulub.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN