Mehmet Eli Alkan, “Azeriinshaatservis” şirkətinin Baş direktoru
– “Azeriinshaatserviss” Qafqaz regionunda yol və dəmiryol tikintisi sahəsində aparıcı şirkətlərdən biri kimi, 2003-cü ildə təsis edilmişdir və öz fəaliyyətini ABŞ, Almaniya, Türkiyə və Rusiyada istehsal olunan müasir texnologiyalar əsasında qurub.
Şirkət avtomobil və dəmir yollarının çəkilməsi, habelə beton borular, qum, çınqıl və asfalt, eləcə də dəmir-beton şpalların istehsalı ilə məşğuldur. “Azeriinshaatservis” şirkətinə daxil olan bütün müəssisələr “ISO” standartlarına uyğun olaraq, o cümlədən əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə normalar çərçivəsində fəaliyyət göstərirlər.
Şirkət fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda əsas magistral yolların, eləcə də Azərbaycan və Gürcüstanda bir sıra magistral dəmir yollarının tikintisində iştirak etmişdir. Bu işlər arasında Hacıqabul-Kürdəmir, Ələt-Astara, Bakı-Şamaxı, Bakı-Rusiya sərhədi, Bakı dairəvi yolu və digər yolların, eləcə də Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolunun tikintisi var. Biz hazırda çalışdığımız layihələrlə yanaşı, Yevlax-Zaqatala-Balakən avtomobil yolunun tikintisi üzrə yeni müqavilə imzalamışıq.
Biz artıq “Road and Traffic” sərgisində bir neçə dəfə iştirak etmişik və sərginin nəticələrindən çox razıyıq, belə ki, burada nailiyyətlərimizi nümayiş etdirmək və aparıcı dünya istehsalçılarının ən son texnologiyaları ilə tanış olmağımız üçün lazımı şərait yaradılır.